• 14:47 – Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar 
  • 09:40 – İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 

Ərindən boşandı, əxlaqsızlıqdan əl çəkmədi - Qubada qızını öldürən ata (Təfərrüat)

  • 31.08.2021, 12:34,
  • Hadisə
  • Baxılıb: 14
Ərindən boşandı, əxlaqsızlıqdan əl çəkmədi - Qubada qızını öldürən ata (Təfərrüat)


Qubada qızını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Məhərrəm İmanquliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Ölkə.Az” xəbər verir ki, hadisə Quba rayonunun Barlı kəndində baş verib.

1991-ci il təvəllüdlü İmanquliyeva Zeynəb Məhərrəm qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib.

Aparılmış araşdırmalarla zərərçəkmişin atası İmanquliyev Məhərrəm Nəsir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə boğaraq Zeynəb İmanquliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilərək saxlanılıb.

Təqsirləndirilən şəxs qismində ifadə verən Məhərrəm İmanquliyev bildirib ki, Barlı kəndindəki evində həyat yoldaşı, oğlu və qızı ilə yaşayıb. Zeynəb təxminən 2010-cu ildə ailə həyatı qurub və nigahdan 2 övladı dünyaya gəlib. 2017-ci ildə Zeynəb ər evindən qaçıb. Bir neçə dəfə yoldaşı onun telefonunda yad kişilərin nömrəsini görüb. Bu zəmində aralarında yaranan mübahisələrdən sonra onlar boşanıblar. Qızının ərinə qarşı etdiyi hərəkətlərə görə Məhərrəm onların ayrılmalarına etiraz etməyib. Bütün səhvləri öz qızında görüb.

Məhərrəm İmanverdiyev bildirib ki, boşandıqdan sonra qızını öz evinə gətirib, uşaqlar isə atasının evində qalıb.

"Qızıma əxlaqsızlıqla məşğul olmamasını, ər evində etdiyi xoşagəlməz hərəkətləri təkrar eləməməyi və məni kənddə biabır etməməyi tapşırdım. O isə mənə həmin hərəkətləri təkrarlamayacağını bildirdi.

Lakin söz versə də, Zeynəb yenə də öz əxlaqsız hərəkətlərini davam etdirdi. Hətta bir gün axşam pəncərənin dəmir barmaqlıqlarını sökərək evdən çıxıb getdi və bir müddət qayıtmadı", - o söyləyib.

Bununla bağlı Məhərrəm polis şöbəsinə müraciət edərək ərizə yazıb.

Aparılmış araşdırmalar zamanı müəyyən olunub ki, qızı Xaçmaz rayon sakini olan bir kişi ilə qaçıb. Yenə də Zeynəbi tənbeh edərək onu bağışlayıb.

Qızı boşanıb atası evinə qayıdan zaman onun mobil telefonu olmayıb. Kənar şəxslərlə danışmaması üçün Zeynəbə telefon işlətməyə icazə verməyib.

Oktybarın 31-i səhər saatlarında arvadı və oğlu qonşuluqda yaşayan qardaşının evinə gediblər. Məhərrəm ayaqyoluna gedən zaman Zeynəbin kiminləsə telefonla danışmasını eşidib:

“Eşitdim ki, kiminləsə telefonla danışır. Tutdum qolundan apardım evə. Dedim telefonu çıxart. Dedi məndə telefon yoxdu. Axtardım üstündən tapdım. Qaçmaq istəyəndə tutdum boğazından yıxdım yerə oturdum üstünə iki əlimlə boğmağa başladım”.

Məhərrəm İmanquliyev ifadəsinin davamında bildirib ki, xırıldamasını eşidən kimi ayağa qalxıb və sağ ayağı ilə boğazından möhkəm sıxaraq onu öldürüb.

Cinayəti törətdikdən sonra qardaşı evinə gedərək arvadı və oğluna Zeynəbi öldürdüyünü deyib sonra isə polisə zəng edərək hadisə barədə məlumat verib.

Məhkəmə prosesi zamanı Məhərrəm İmanquliyev ittiham üzrə özünü təqsirli bilib.

Sonda məhkəmənin hökmü ilə Məhərrəm İmanquliyev CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum olunub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 170
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 889
  • 59
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter