• 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: "Bacıma qarşı əxlaqsızlıq..." - Bir qətlin TARİXÇƏSİ - FOTO/VİDEO

  • 18.02.2022, 10:54,
  • Hadisə
  • Baxılıb: 15
Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: "Bacıma qarşı əxlaqsızlıq..." - Bir qətlin TARİXÇƏSİ - FOTO/VİDEO


CİNAYƏT İŞİ

Qısa arayış…

2021-ci il fevralın 13-də Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, 85-də yerləşən evin həyətində üzərində zorakılıq əlamətləri ilə 1971-ci il təvəllüdlü Cavanşir Şükürovun meyitinin aşkar edilməsi barədə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən rayon prokurorluğuna məlumat daxil olub. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Cahangir Şükürlünün ailə münaqişəsi zəminində atasına bıçaqla çoxsaylı xəsarətlər yetirib, qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, bir neçə saatdan sonra Ziya Bünyadov prospektində saxlanılaraq, istintaqa təhvil verilib.

Hadisədən dərhal sonra Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Cavanşir Şükürovun meyitində 42 ədəd yara aşkar edilib. Həmçinin onun qanında 3,22 faiz qatılığında etil spirti aşkar edilib ki, bu miqdar canlı şəxslərdə ağır dərəcəli sərxoşluq kimi qiymətləndirilib.

Lent.az həmin cinayət hadisəsinin istintaq materiallarını təqdim edir:


Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: "Bacıma qarşı əxlaqsızlıq..." - Bir qətlin TARİXÇƏSİ - FOTO/VİDEO


Qətl olan ev

İstintaqla müəyyən edilib ki, Cahangir Şükürlü, əvvəllər ailə münaqişəsi zəminində aralarında baş vermiş mübahisələrə görə atası Cavahşir Şükürovu öldürmək qərarına gəlib. Fevralın 13-ü saat 21 radələrində yaşadıqları evin qarşısındakı dəmir boruda gizlətdiyi bıçağı götürərək, həyətin qapısını döyüb. Qapını açan atasının üzərinə hücum edib, bədəninin müxtəlif nahiyələrinə ardıcıl çoxsaylı zərbələr vuraraq, onu xüsusi amansızlıqla qəsdən öldürüb.

Atasını öldürən Cahangir istintaqa hansı sirləri açdı?

“Bacıma qarşı əxlaqsızlıq edib”

İş üzrə dindirilmiş Cahangir Şükürlü bildirib ki, Ağsu rayonunun, Qaraqaşlı kəndində anadan olub. Ailədə 4 övladdırlar:

“İki bacım və bir qardaşım var. 3-cü sinfə qədər kənd orta məktəbində oxumuşam, sonra isə 5-ci sinfə qədər təhsilimi Bakıda yerləşən 215 saylı orta məktəbdə davam etdirmişəm. Uşaqlıq illərindən etibarən atam Cavanşir Şükürov mütəmadi spirtli içki qəbul edib, ailə üzvlərimi incidib, anamı döyüb. Bu səbəbdən anam çıxıb nənəmin evinə gedib, atam fürsətdən istifadə edib azyaşlı bacılarımdan birinə qarşı əxlaqsız hərəkət edib. Bu barədə Ağsu rayon Polis Şöbəsinə müraciət etsək də, sonradan şikayət ərizəmizi geri götürdük. Təxminən 10 il əvvəl atam yol-nəqliyyat hadisəsi törədib, qəza vaxtı bir sərnişin ölüb. Atamın barəsində cinayət işi başlanılıb, məhkəmənin hökmü ilə o, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Bu hadisələrdən sonra təhsilimi yarımçıq qoyaraq işləməyə başladım. Bakıda yerləşən yerləşən şadlıq saraylarında operator köməkçisi kimi çalışırdım. Həmin ərəfədə biz Sabunçu qəsəbəsinə, nənəmin yaşadığı evə köçdük. Azadlığa çıxdıqdan sonra anam onu bağışlayıb. Atam Qaraçuxur qəsəbəsində kirayə ev tutub. Qaraçuxurda yaşadığımız müddətdə atam köhnə vərdişlərindən əl çəkməyərək mütəmadi spirtli içki içərək, bizə əl qaldırıb. 2020-ci ilin may ayında Ağsu rayonundakı baba evimizi satıb, əldə etdiyimiz pula Balaxanı qəsəbəsində ev almışdıq. Atam Cavanşir hər xırda məsələyə görə evdə mübahisə yaradıb, təhqiredici sözlər işlədib, bizi evdən qovub. Atamın illərlə bizə qarşı etdiyi hərəkətlərindən artıq yorulub, onu cəzalandırmaq istədim. Əxlaqsız hərəkətləri yadıma düşdüyü üçün, ona nifrət edirdim.

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: "Bacıma qarşı əxlaqsızlıq..." - Bir qətlin TARİXÇƏSİ - FOTO/VİDEO


Qətl olan ev

Hadisədən 20 gün əvvəl Balaxanı qəsəbəsində yerləşən mağazadan mətbəx bıçağı alaraq, evimizin yanında, dalandakı borunun içərisində gizlətmişdim. Evdə atam ilə üz-üzə gələndə, hiddətlənirdim. Fevralın 10-da atam içkili vəziyyətdə evdə qardaşım Cavidanla mübahisə edib, daha sonra bizi evdən qovmaq məqsədi polisə zəng vurub. Növbəti 3 gün nənəmin evində qaldıq. Artıq dözə bilmədiyimi düşünərək, qərara gəldim ki, atama layiqincə cavab verməliyəm. Ayın 13-ü saat 20 radələrində Sabunçu qəsəbəsindən Balaxanı qəsəbəsinə gəlib, borudan bıçağı götürərək, qapının zəngini basdım. Bir neçə saniyədən sonra atam qapını açaraq çölə çıxdı, onun sərxoş olmasını hiss etdim. Darvazanın yanında, sağ əlimdə saxladığım bıçağla boynuna ilk zərbəni vurdum. Onun sözlərinə məhəl qoymayaraq, ardıcıl, başına, boynuna və bədənini digər nahiyələrinə xəsarətlər yetirməkdə davam etdim”.

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: "Bacıma qarşı əxlaqsızlıq..." - Bir qətlin TARİXÇƏSİ - FOTO/VİDEO


Cavanşir Şükürovun meyiti

Təxminən 5-6 zərbədən sonra atası Cavanşir Şükürov huşunu itirərək yerə yıxılıb. Cahangir onun öldüyünü görüb hadisə yerindən uzaqlaşıb. Balaxanı qəbiristanlığında bıçağı qəbirlərdən birinin arxasında, torpaqda gizlədib. Sabunçuya qayıtdıqda, nənəsi artıq hadisədən xəbəri olduğunu və polisə təslim olmağını deyib. Əl-üzünü yuyaraq Xırdalan şəhərinə, bacısının evinə gedib. Bacısına hadisəni danışandan sonra qərara gəliblər ki, 12-ci Polis Şöbəsinə getsinlər. Cahangir Şükürlü qeyd edib ki, hadisə vaxtı ətrafda heç kəs olmayıb. O, xəsarət yetirərkən atası müqavimət göstərməyib və köməyə heç kimi çağırmayıb.

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: "Bacıma qarşı əxlaqsızlıq..." - Bir qətlin TARİXÇƏSİ - FOTO/VİDEO


Cahangir Şükürov

Zərərçəkmiş şəxsin hüquqi varisi Mehman Şükürov ifadəsində göstərib ki, qardaşı Cavanşir spirtli içki aludəçisi olub:

“Ailə üzvlərimin qardaşımgilə get-gəlişləri az olub, bacardıqca onunla ünsiyyət saxlamamışıq. Qardaşım illərlə arvadına, uşaqlarına əzab-əziyyət verərək, onları döyürdü. Ümumiyyətlə, Cavanşir aqressiv xasiyyətə malik olub.
Qardaşım oğlunu qınamıram, bütün günahlar qardaşımdadır. Cahangir xasiyyətcə sakit, təmkinli və tərbiyəli oğlandır. Baş vermiş hadisənin səbəbi - Cavanşirin bütün ailə üzvlərini bezdirməsi, onlara əzab-əziyyət və zülm verməsi olub”.

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: "Bacıma qarşı əxlaqsızlıq..." - Bir qətlin TARİXÇƏSİ - FOTO/VİDEO


Cahangirin barmaq izləri

Cavanşir Şükürov spirtli içki aludəçisi olandan sonra həyatları kabusa dönüb…

“Gəlinimizi söyüb onu evdən qovmaq istəyirdi”

Cavanşir Şükürovun həyat yoldaşı, şahid Yaqut Şükürova bildirib ki, Cavanşirlə 1992-ci ildə ailə qurub, nikahdan 4 övladları dünyaya gəlib. Y. Şükürova özü Neft Emalı zavodunda xadimə işləyir:

“Cahangir və Cavidan operator köməkçiləri işləsələr də, sərt karantin rejimi ilə əlaqədar işsiz qalmışdılar. Buna görə ataları ilə birlikdə usta və fəhlə kimi çalışırdılar. Ərim spirtli içki aludəçisinə çevrildikdən sonra, ailəmizdə münaqişələr yaranmağa başlamışdı. Cavanşir məni və övladlarımı döyərək, təhqir edir və ailə üzvlərimizə qarşı əxlaqsız hərəkətlərə yol verirdi. Ailəm dağılmasın deyə, boşanmadım. 2020-ci ilin yayında Balaxanı qəsəbəsində ev aldıqdan sonra, ərim, gəlinim və iki oğlumla birlikdə ora köçdük. Cavanşir yenə də pis əməllərindən əl çəkməyərək, sərxoş vəziyyətdə bizimlə ilə pis rəftar edirdi. Oğlum Cahangir elədiklərinə görə atasını öldürmək istədiyini, qeyrət onu boğduğunu deyirdi. Amma onun sözlərini o qədərdə ciddiyə almırdıq. Çünki Cahangir uşaq idi. Hadisədən təxminən 3-4 ay əvvəl ərim söyüş söydüyünə görə oğlum onunla dalaşdı. Mətbəxdən bıçaq götürüb, Cahangirin üzərinə hücum edib, lakin evdəydik deyə buna imkan vermədik. Cavanşirlə Cahangirin münasibəti həmişə pis olub, ərim onu bir övlad kimi qəbul etmək istəmirdi. 2021-ci il fevralın 9-da ya 10-da işdən işdən evə qayıdanda Cavanşirin evdə olmadığını görüb, artıq spirtli içki içdiyini və çölə çıxdığını düşündüm. Belə ki, yoldaşım içki içməyə başladıqda evdə dayana bilmədim. Onun arxasınca, evimizin yaxınlığındakı kafeyə gedib geri qayıtmasını dedim. Birgə evə gələrkən Cavanşir məni təhqir etməyə başladı. Evə gələndən sonra Cavanşir oğlum Cavidana zəng vuraraq onu söyüb və niyə işə gəlmədiyini bildirib. Gəlinimizi söyərək, onu evdən qovacağını demişdi. Bir müddətdən sonra Cavidan evə girib, atası ilə dalaşdı. Biz də müdaxilə edərək, bir təhər onları ayırdıq. 10-15 dəqiqə sonra oğlum Cahangir də evə gəldi. Uşaqlarım hamısı Cavanşirin davranışından bezdiyini deyərək, nənələrinin evinə köçməyə qərar verdilər. Fevralın 13-də ərim Cavidana zəng edib qayıtmalarını tələb edib. Bundan bir saat sonra yoldaşım ev telefonuna zəng etdi. Dəstəyi oğlum Cahangir götürüb. Cavanşir oğlumu söyəndə Cahangir “həmin ifadələri həqiqətən də ona deyib-demediyini soruşub”. Sonra oğlum otağa keçərək, uzanıb və telefonunda oyun oynamağa başlayıb. Təxminən saat 20 radələrində Cahangir bizdən xəbərsiz evdən çıxıb. Yarım saatdan sonra küçəyə gedən Cavidan geri qayıdaraq, mənə Cavanşirin öldüyünü dedi. Evimizə çatanda, orada polis və prokurorluq əməkdaşlarını gördük. Hadisə yerində oğlumun çoxsaylı bıçaq zərəbələri ilə atasını qətlə yetirdiyini öyrəndim”.

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: "Bacıma qarşı əxlaqsızlıq..." - Bir qətlin TARİXÇƏSİ - FOTO/VİDEO


Cavanşir Şükürov

Şahid Aysu Mustafayeva istintaqa ifadəsində göstərib ki, fevralın 13-də anası zəng vuraraq, atası Cavanşirin bıçaqlandığını xəbər verib. Yarım saatdan sonra Balaxanı qəsəbəsinə getməyə hazırlaşarkən, evin qarşısında qardaşı Cahangirlə rastlaşıb və hadisənin onun tərəfindən törədildiyini anlayıb. Cahangir onu görməyə gəldiyini və sonra polisə gedib, təslim olacağını bildirib. Taksiyə əyləşib, yolda olarkən polis əməkdaşı ona zəng edib, harda olduqlarını soruşub. Aysu da, qardaşı ilə birlikdə 12-ci şöbəyə gediblər. Ziya Bünyadov prospektində polis əməkdaşları onların avtomobili saxlayaraq, Cahangiri düşürərək, özləri ilə aparıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Cahangir Şükürlü 14 il müddətinə azadlıqdan məhrum olunub.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 150
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 859
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter