• 12:16 – Prezident yeni nəsil metro qatarları ilə tanış oldu - YENİLƏNİB 
  • 10:59 – İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub 
  • 10:55 – Prezident yeni nəsil metro qatarları ilə tanış oldu 
  • 12:03 – Prezident Bakıda yeni salınan parkda - FOTOLAR 

Klubdakı partlayışa görə kompensasiya ödəniləcəkmi? - AÇIQLAMA

  • 04.04.2022, 12:35,
  • Hadisə
  • Baxılıb: 50
Klubdakı partlayışa görə kompensasiya ödəniləcəkmi? - AÇIQLAMA


Ötən gün Bakı şəhəri Səbail rayonu, Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verən partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Ölən şəxsin gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova olduğu açıqlanıb.

Həmçinin hadisədə 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə də ziyan dəyib.

Partlayışın propan qaz balonunun partlaması səbəbindən baş verdiyi deyilir.

Qeyd edək ki, faktla bağlı cinayət işi başlanaraq, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Maraqlıdır ki, hadisə zamanı xəsarət alan vətəndaşlara, vəfat edən şəxsin ailəsinə, ələcə də, ətrafdakı daşınar və daşınmaz əmlaka dəyən zərər kim tərəfindən ödəniləcək? Həmin şəxslərə sığorta kompensasiyası ödənilə bilərmi?

Sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, ötən gün gecə klubunda baş verən hadisə ilə bağlı sığorta təminatları verilə bilər. Obyektin daşınmaz əmlakın icbari sığortası üzrə sığortalandığı iddia edilir. Həmçinin əlavə olaraq bir neçə istiqamət üzrə sığorta kompensasiyası verilə bilər:

“Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası var ki, bu, məcburi tətbiq edilir. Bu sığorta növündə daşınmaz əmlakla bağlı qarşı tərəfə - vətəndaşlara, avtomobillərə dəyən ziyan sığortalanır. Eləcə də, burada ölüm və sağlamlığın itirilməsi ilə bağlı hallar var ki, bu da qeyd etdiyimiz sığorta halları ilə əhatə olunub və kompensasiya verilə bilər. Doğrusu, həmin obyektdə sözügedən sığortanın olub-olmaması məlum deyil. Çünki məkanı fiziki şəxsin işlətdiyi deyilir ki, bu sığorta növü də əksər hallarda hüquqi şəxslərə tətbiq olunur”.

Ekspertin sözlərinə görə, bundan əlavə binanın içərisindəki partlayışla bağlı dəyən zərər daşınmaz əmlakın icbari sığortası növü üzrə kompensasiya edilməlidir. Həmçinin klubun əməkdaşının hadisə nəticəsində öldüyü açıqlandı ki, bununla bağlı peşə xəstəlikləri və bədbəxt hadisələr üzrə icbari sığorta növü var və əmək fəaliyyəti zamanı alınan xəsarət və ölüm halları zamanı bu sığorta növü üzrə kompensasiya ödənilir.

“Bütün bunların fonunda sığorta kompensasiyası ilk öncə araşdırılmalıdır. Bundan sonra müvafiq orqan tərəfidən arayış veriləcək və sənədlər təqdim olunacaq. Sənədləri təqdim edən orqan isə Fövqəladə Hallar Nazirliyinin İstintaq idarəsi olacaq. Sözügedən sənədlərdən asılı olaraq sığorta kompensasiyasının verilib verilməməsi ilə bağlı qərar veriləcək. Çünki sığorta şirkətləri də sığorta kompensasiyası zamanı həmin orqanların arayışlarını əsas götürürlər və sığorta halının olub-olmaması haqqında məlumatlı olurlar”, - deyə İ. İbrahimov əlavə edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Xanım boksçumuzdan tarixi uğur

  • Dünən, 11:55
  • 28
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 7 580
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 038
  • 26
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter