Məşhur tamada ilə birgə musiqiçi də “Altun” sarayda bıçaqlanıb - Yeni detallar
- 05.07.2022, 10:43,
- Hadisə
Baxılıb: 66
Facebook
Вконтакте
Одноклассники
Google+
Bir neçə gün əvvəl Bakıda məşhur tamada Natiq Dağlaroğlunun toyda bıçaqlanması ilə bağlı bəzi faktlar üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyulun 2-də gecə saat 01 radələrində Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən “Altun” şadlıq sarayında tamada N.Dağlaroğlu ilə yanaşı musiqi ansamblının üzvü, 1972-ci il təvəllüdlü Yaqub Mehdiyev də bıçaqlanıb. Hər iki şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
İlkin araşdırmalardan sonra hadisənin 1987-ci il təvəllüdlü Məmməd Hüseynov adlı şəxs tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaxınlarının verdiyi məlumata görə, Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, hadisə nəticəsində atasını restorandan götürməyə gedən oğlu Məhəmməd də xəsarət alıb.