13-14 sentyabr tarixində Ermənistan-Azərbaycan sərhəddində baş vermiş genişmiqyaslı eskolasiya zamanı Ermənistan tərəfinin kəskin sayda itki verməsinin əsas səbəbi Azərbaycan Ordusunun bizim ordudan qat-qat güclü olmasıdır.
Axar.az xəbər verir ki, bu sözləri tanınmış erməni hərbi analitik Narek Nersisyan deyib.
Onun sözlərinə əsasən, hazırda regionda ən güclü orduya malik Azərbaycan 2 gün ərzirdə Ermənistan silahlı qüvvələrinin sərhədboyu cəmlənən canlı qüvvəsini demək olar ki, tam yox edə bilib.
“Siz anlayırsızmı, tam olmayan 2 günə rəsmi olaraq təsdiqlənmiş 207 hərbçi itirmək nə deməkdir? Özü də bu rəqəm sözsüz ki, hakimiyyət tərəfindən kiçildilib. Əslində itkimiz daha çoxdur. Ermənistanın eks-prezidenti Robert Köçəryan deyir ki, təmas xətti effektiv təchiz olunsaydı, belə böyük itkilərdən qaçmaq mümkün olardı. Onun fikrincə, Ermənistanın hərbi-siyasi rəhbərliyi 44 günlük müharibədən sonra heç bir nəticə çıxarmayıb. Köçəryanın müasir hərbdən başı çıxmır. Vəziyyətə daha geniş rakursda baxmaq lazımdır. Qarşınızdakı rəqib Azərbaycandırsa, əgər bu ordu ən müasir silahlardan istifadə edirsə, hətta ən güclü müdafiə xətti buna dözə biməz, ciddi itkilərdən xilas edə biməz”, - deyə Nersisyan bildirib.
O qeyd edib ki, Azərbaycan Ordusunun qarşısında durmaq üçün ən müasir HHM sistemləri və güclü artilleriya olmalıdır. Ermənistanda isə bunlar yoxdur və yaxın gələcəkdə də olmayacaq.