• 15:08 – Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 
  • 11:03 – Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir 

Bakıda polisdən qaçan sürücü dəhşət yaşatdı, atəş açıldı - ANBAAN VİDEO

  • 30.09.2022, 14:04,
  • Hadisə
  • Baxılıb: 108
Bakıda polisdən qaçan sürücü dəhşət yaşatdı, atəş açıldı - ANBAAN VİDEO


Səbail rayonu, Litvin Babayev küçəsində axşam radələrində tabesizlik göstərən yük maşını polis əməkdaşları tərəfindən silahdan atəş açılaraq saxlanılıb.

“Mercedes-Benz” markalı yük maşınının sürücü polisin “saxla” əmrinə tabe olmayaraq yolda zəncirvari qəzanın yaşanmasına səbəb olub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-ə açıqlamasında bildirib ki, hadisə dünən gecə saatlarında baş verib:
“1983-cü il təvəllüdlü əvvəllər məhkumluq həyatı yaşamamış, Səbail rayon sakini Muradov Yaşar Əli oğluna idarə etdiyi yük avtomobili ilə yolayrıcını keçmə qaydasını pozduğuna görə Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “saxla” əmri verilib. Onu da qeyd edim ki, polisə tabesizlik göstərərkən yaxınlıqdakı 5 avtomobilə ziyan vurub. Bu səbəbdən yol polisi əməkdaşları şəxsin saxlanılması üçün silahdan istifadə etmək məcburiyyətində qalıblar. Atəşlə avtomobilin arxa təkərlərini partladıblar və sürücünü saxlayıblar.

Saxlanılarkən şəxsin anlaqsız vəziyyətdə, sərxoş olduğu məlum olub. Şəxsdən kəskin spirt qoxusu gəlib. O, yol polisinə tabe olmadığı üçün əraziyə dəstək üçün post patrul xidmətinin əməkdaşları cəlb edilib. Şəxs saxlanıldıqdan sonra həkim müayinəsinə aparılıb. Məlum olub ki, o, nəinki alkoqollu içkinin təsiri altındadır, həm də narkotik vasitə qəbul edib. Şəxs barəsində protokol tərtib edilib və zəruri araşdırmalar aparılır”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Çin lideri ABŞ-a gedir

  • Bu gün, 12:18
  • 4
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter