• 13:26 – İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO) 
  • 19:54 – İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi 
  • 12:33 – Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB 
  • 14:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 

Bakı-Quba yolunda ağır qəza - Ölən və yaralananlar var - FOTO - YENİLƏNİB

  • 17.02.2023, 10:10,
  • Hadisə
  • Baxılıb: 53
Bakı-Quba yolunda ağır qəza - Ölən və yaralananlar var - FOTO - YENİLƏNİB


Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 8 nəfər TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib

"Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi Reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə Təcili tibbi yardım bölməsində davam etdirilir",- deyə məlumatda qeyd olunub.

***

Bakı-Quba yolunun 99-cu km-də Siyəzən rayonu ərazisində baş verən yol qəzasında ölənlərin sayı artıb.

APA verdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən şəxslərdən biri də dünyasını dəyişib.

Qəzaya düşən şəxslərin Siyəzənə dərs deməyə gələn müəllimlərin olduğu bildirilir.
***

Bu gün Bakı-Quba magistralında ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən ilkin məlumata görə, magistralın Siyəzən rayonundan keçən hissəsində “Mercedes Vito” markalı mikroavtobusla “Opel” markalı minik avtomobili toqquşub.

Nəticədə 2 nəfər ölüb, daha 7 nəfər xəsarət alıb. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Bakı-Quba yolunda ağır qəza - Ölən və yaralananlar var - FOTO - YENİLƏNİBBakı-Quba yolunda ağır qəza - Ölən və yaralananlar var - FOTO - YENİLƏNİBBakı-Quba yolunda ağır qəza - Ölən və yaralananlar var - FOTO - YENİLƏNİB
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 202
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 599
  • 23
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter