Oqtay Gülalıyev palataya köçürüldü — FOTO
- 27.11.2019, 12:19,
- Hadisə
Baxılıb: 73
Facebook
Вконтакте
Одноклассники
Google+
Hüquq müdafiəçisi Oqtay Gülalıyev palataya köçürülüb.
Report xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Əli Gülalıyev bildirib.
"Atam Oqtay Gülalıyev bu gün Amerikan xəstəxanasında (Türkiyənin İstanbul şəhərindədir - red.) palataya köçürülüb. Təəssüf ki, vəziyyəti ağır olaraq qalır. Komadan ayılması, ağciyərinə və qanına düşmüş infeksiya üçün həkimlər müalicə edirlər",- Ə.Gülalıyev qeyd edib.
Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər.
Daha sonra O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyəyə aparılıb və İstanbul şəhərindəki Avrasiya Xəstəxanasına yerləşdirilib.
O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva Heydər Əliyev Fonduna təşəkkür edib.