Biləsuvarda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, yaralanan 5 nəfərin hamısı Biləsuvar sakinləridir.
Qəza zamanı 1967-ci il təvəllüdlü Valeh Məmmədov, 1987-ci ildə anadan olmuş Vahid Paşayev, 1962-cı il təvəllüdlü Fəridə Hadıyeva, 1981-ci ildə anadan olmuş Elman Kərimov və 1949-cu il təvəllüdlü Rəfiqə Əhmədova xəsarət alıb.
***
Biləsuvarda yük və minik avtomobilləri toqquşub, 5 nəfər xəsarət alıb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan TIR-la "VAZ-2107" markalı minik avtomobili toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb.
Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.