• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Qarabağda Ermənistan ordusu yoxdur? Aldatmayın! – Verdyan

  • 20.09.2023, 09:44,
  • Hadisə
  • Baxılıb: 60
Qarabağda Ermənistan ordusu yoxdur? Aldatmayın! – Verdyan


Əgər hazırda Qarabağda Ermənistan silahlı qüvvələri yoxdursa, onda Nikol Paşinyana üç sual:

1) Niyə bu hərbçilər Ermənistanın dövlət büdcəsindən, yəni mənim vergilərimdən maliyyələşir?

2) Nə üçün bu hərbi qulluqçuların komandanlığı Ermənistan Baş Qərargahı tərəfindən koordinasiya edilir?

3) Ermənistanda məhkəmələr niyə 44 günlük müharibədən qalan Qarabağ komandirlərini mühakimə edirlər?

Axar.az xəbər verir ki, bu sözləri erməni bloger İşxan Verdyan Teleqram səhifəsində paylaşıb.

“Beynəlxalq ictimaiyyəti istədiyiniz qədər (Qarabağda Ermənistan ordusunun olmaması yalanı ilə - red.) aldada bilərsiniz, amma məni, Ermənistan Respublikasının məsuliyyətli vətəndaşını aldada bilməyəcəksiniz”, - o bildirib.

Qeyd edək ki, Azərbaycan ötən gün Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərən erməni terrorçuları və Ermənistan ordusunun hələ də ərazimizdə olan qüvvələrinə qarşı antiterror tədbirlərinə başlayıb. Ermənistan MN isə ötən gün məlumat yayaraq, guya Qarabağda Ermənistan ordusunun heç bir bölməsinin olmadığını iddia edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 037
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 727
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter