• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Perinatal Mərkəzdə yanğın: 100-dən çox şəxs təxliyə edildi - YENİLƏNİB - FOTO

  • 09.01.2024, 09:16,
  • Hadisə
  • Baxılıb: 65
Perinatal Mərkəzdə yanğın: 100-dən çox şəxs təxliyə edildi - YENİLƏNİB - FOTO


Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsi zamanı 100-dən çox şəxs təxliyə olunub.

Oxu.Az-ın məlumatına görə, yanğınla bağlı xəstələrin vəziyyətlərində heç bir ağırlaşma yoxdur.

Hazırda yenidoğulmuşlar, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər beş tibb müəssisəsinə təxliyə prosesi davam edir.

***

Respublika Perinatal Mərkəzində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yanğın qısa müddətdə söndürülüb: “Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”.

Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyevin sözlərinə görə, yanğın Mərkəzin dördüncü mərtəbəsində baş verib.

Bildirilib ki, yanğın bir otaqda 35 kv m sahəni əhatə edib. Binanın dörd və üçüncü mərtəbələrindəki pasiyent və personal təxliyə olunub.

Vurğulanıb ki, hadisənin ilkin səbəbi hələlik bəlli deyil.

Perinatal Mərkəzdə yanğın: 100-dən çox şəxs təxliyə edildi - YENİLƏNİB - FOTOPerinatal Mərkəzdə yanğın: 100-dən çox şəxs təxliyə edildi - YENİLƏNİB - FOTOPerinatal Mərkəzdə yanğın: 100-dən çox şəxs təxliyə edildi - YENİLƏNİB - FOTOPerinatal Mərkəzdə yanğın: 100-dən çox şəxs təxliyə edildi - YENİLƏNİB - FOTOPerinatal Mərkəzdə yanğın: 100-dən çox şəxs təxliyə edildi - YENİLƏNİB - FOTOPerinatal Mərkəzdə yanğın: 100-dən çox şəxs təxliyə edildi - YENİLƏNİB - FOTO
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Paşinyanın referendum XOFU

  • Dünən, 16:00
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 238
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter