Bugün - 02 aprel 2025 г 
 

Xəbər başlıqları

  • 13:28 – Azərbaycan Prezidenti Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqlayıb 13
  • 12:28 – İlham Əliyev: Tam əminəm ki, bu səfər Azərbaycan-Almaniya əlaqələrinə yeni müsbət təkan verəcək 
  • 12:23 – Azərbaycan və Almaniya prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 
  • 11:49 – İlham Əliyevin Almaniya Prezidenti ilə geniş tərkibdə görüşü başlayıb 

Yol polisi sürücüdən rüşvət istəyir - Video

Yol polisi sürücüdən rüşvət istəyir - Video


Sosial şəbəkələrdə yol polisinin yük maşını sürücülərindən rüşvət istəməsi ilə bağlı video yayılıb.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, videoda YPX əməkdaşı bir neçə dəfə “maşını 10 manatdır” deyərək, sürücüdən 30 manat istəyir. Sürücü ona 15 manat təklif etsə də, yol polisi əməkdaşı bununla razılaşmayıb.

Polis bildirib ki, pulu verməyəcəyi təqdirdə yük maşını tərəziyə çıxanda əlavə yük boşaldılacaq.

Videonun Masallıda yerləşən yeni DYP postunda çəkildiyi, rüşvət alan polisin isə Vüqar Mehdiyev olduğu qeyd edilib.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu hadisə ilə bağlı xidməti yoxlamalara başlanılıb: “Yoxlamaların nəticəsinə uyğun olaraq qərar veriləcək”.

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü Rüfət Quliyev də qeyd edib ki, müvafiq qurum tərəfindən videogörüntüyə baxış keçirilib: “Hazırda araşdırma aparılır, yekunda məsələyə hüquqi qiymət veriləcək”.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 27 dərəcə isti olacaq

  • Bu gün, 14:22
  • 15
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 10 972
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 8 083
  • 102
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter