• 15:08 – Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 
  • 11:03 – Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir 

Bakıda Çin restoranları bağlanır? – Açıqlama

  • 30.01.2020, 11:15,
  • Hadisə
  • Baxılıb: 96
Bakıda Çin restoranları bağlanır? – Açıqlama


“Koronavirus – 2019-nCoV’” virusunun Çində yayılması xəbəri fonunda Azərbaycanda fəaliyyət göstərən və Çin mətbəxini təmsil edən restoranlarda araşdırmalar aparılıb.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Trend-ə deyib ki, Assosiasiya bu məsələ ilə bağlı ölkədə uzun zamandır fəaliyyət göstərən Çin restoranları ilə əlaqə saxlayıb:

“Belə məlum olub ki, koronavirus xəbərləri Azərbaycanda fəaliyyət göstərən və Çin mətbəxini təmsil edən restoranlarına heç bir mənfi təsir göstərməyib. Onlar bildiriblər ki, ərzaq məhsullarının heç birini əslində Çindən gətirmirlər, digər yaxın Asiya ölkələrindən idxal edirlər”.

Sədr əlavə edib ki, ötən il Çinlə Azərbaycan arasında memorandum imzalanmışdı və bu il ölkəmizə 200 min çinli turistin gəlməsi gözlənilirdi:

“Bildiyimiz kimi, Azərbaycana Çindən elə də çox sayda turist axın etmir. Ancaq ötən il hər iki ölkə arasında memorandum imzalanmışdı. Yeni müqaviləyə əsasən yaxın vaxtlarda ölkəmizə 200 minə qədər turistin cəlb olunması planlaşdırılırdı. Çox təəssüf ki, 200 min turisti itirdik”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Çin lideri ABŞ-a gedir

  • Bu gün, 12:18
  • 4
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter