• 14:04 – Prezidentlərin lanç əsnasında geniş tərkibdə görüşü oldu - Foto 
  • 20:06 – Prezident İlham Əliyev: Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olublar 
  • 20:01 – Azərbaycan Prezidenti: Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək 
  • 19:56 – Prezident: Bakı-Tbilisi-Qars dəmir yolunun xüsusilə Türk dünyasını birləşdirmək üçün çox böyük faydası var 

Bakıda avtomobilinə hücum edilən şəxs SAHİBKAR İMİŞ - DETALLAR

  • 12.03.2025, 09:32,
  • Hadisə
  • Baxılıb: 15
Bakıda avtomobilinə hücum edilən şəxs SAHİBKAR İMİŞ - DETALLAR


Bakının Binəqədi rayonu ərazisində dörd nəfərin dəyənəklərlə avtomobilə hücum edərək döydüyü şəxsin kimliyi məlum olub.

Teleqraf xəbər verir ki, hadisədə zərərçəkən şəxs Elnur Vidadi oğlu Miskərovdur.

Onun sahibkarlıq fəaliyyəti ilə, əsasən telefon alqı-satqısı ilə məşğul olduğu bildirilir.

Hadisəyə gəlincə, mənbələr bunun qadına sataşmaq üstündə baş verdiyini təsdiqləyirlər. Məlumata görə, davada iştirak edən Natiq Mustafakamalov qadının həyat yoldaşı, Azər Zahidli isə qadının qardaşıdır.

E.Miskərov Teleqraf-a açıqlamasında hadisə barədə geniş danışmaq istəmədiyini bildirib.

"Deyilənlər hamısı yalandır. Heç bir sataşma olmayıb. Məni səbəbsiz döyüblər və onlara ev dustaqlığı verilib. Məhkəmənin qərarı ilə razı deyiləm. Onların həbs olunmasını tələb edirəm. Digər suallara isə vəkilim cavab verəcək", - Elnur Miskərov söyləyib.

E.Miskərovun vəkili Xaliq Hüseynov isə bildirib ki, hadisənin kökü 2023-cü ilin aprel-may aylarına gedib çıxır:

"Hazırda cinayət işi üzrə zərərçəkmiş şəxs həmin dövrdə sosial şəbəkələrin birində "canlı efir"də olarkən ona mesajlar gəlib. Sonra bu mesajlar onların sosial şəbəkələr üzərindən ünsiyyət qurmasına səbəb olub. Onların ünsiyyəti ay yarıma qədər davam edib. Sonradan məlum olub ki, qarşı tərəfdə yazan xanımdır. Bundan sonra Elnur Miskərov münasibətlərə son qoysa da, qarşı tərəf sonradan müxtəlif sosial şəbəkələr üzərindən mesajlar göndərməyə başlayıb. Amma Elnur buna hər hansı reaksiya verməyib. Daha sonra 2024-cü ilin sonlarında hazırkı iş üzrə təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmişə başqa adlar altında müraciətlər olunub. Onlar hansısa biznes təklifləri irəli sürüblər və s. Özlərini iş adamı kimi tanıdıblar. Hadisə baş verən gün - fevralın 5-də zərərçəkmişi görüş üçün Masazır gölünün ətrafına dəvət ediblər. Zərərçəkmiş ora gəldikdə təxminən 3 avtomobil onun qarşısını kəsib, biri arxadan, biri öndən, digəri isə yan tərəfdən mühasirəyə alıb.

Zərərçəkmiş çətinliklə də olsa, öz nəqliyyat vasitəsilə hadisə yerindən uzaqlaşarkən onu təqib ediblər, yolda saxlamaq istəyiblər. Zərərçəkmiş də Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə zəng edib.

Hadisə yerindən uzaqlaşanda zərərçəkən Binəqədi rayonunun "Mərkəz" adlanan ərazisində tıxaca düşüb. Bu zaman təqib edənlər ona çatıblar və əllərində olan taxta parçaları ilə onu döyüb, ağır xəsarətlər yetiriblər. Həm özünə, həm də nəqliyyat vasitəsinə zərər vurublar, fiziki və mənəvi zorakılıq ediblər. Təbii ki, ictimai qaydanı kobud şəkildə pozuraq Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədiblər. Bununla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq davam edir.

İstintaq orqanı Binəqədi Rayon Məhkəməsinə təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı müraciət edib. Lakin məhkəmənin qərarı ilə üç şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib, bir nəfər isə sərbəst buraxılıb. Biz də zərərçəkmiş tərəf olaraq, həmin qərarlardan şikayət versək də, Bakı Apellyasiya Məhkəməsi şikayətlərimizi təmin etməyib", - deyə vəkil bildirib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 25° isti olacaq

  • Bu gün, 13:06
  • 13
  • 0

Bakıdakı məşhur bazar yandı

  • Bu gün, 09:41
  • 14
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 10 528
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 7 598
  • 101
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter