Bugün - 24 mart 2025 г 
 

Xəbər başlıqları

  • 11:22 – Mehriban Əliyeva Novruz bayramı ilə bağlı paylaşım edib 11:22 – Mehriban Ə
  • 13:55 – Prezident süni intellekt strategiyasını təsdiqlədi 
  • 12:22 – İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim edib - YENİLƏNİB 
  • 11:45 – Prezidentdən Sahibə Qafarova ilə bağlı SƏRƏNCAM 

DİN vətəndaşlara müraciət etdi: Tanışınız, dostunuzun adından mesaj gələ bilər

DİN vətəndaşlara müraciət etdi: Tanışınız, dostunuzun adından mesaj gələ bilər


Daxili İşlər Nazirliyi (DİN) kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, kiberdələduzlar öz cinayətkar niyyətlərini həyata keçirmək üçün hər ötən gün istifadə etdikləri üsulları yeniləyirlər:

"Ssenarilər fərqli olsa da məqsəd eynidir. İnsanları aldatmaq, vəsaiti ələ keçirmək. Müxtəlif vasitələrlə sosial şəbəkələrdə insanların adına profillər yaradır, kiber üsullarla "Whatsapp" və "Telegram"da nömrə eyniləşməsi həyata keçirərək dələduzluq edirlər".

Məlumatda qeyd olunub ki, son aylarda oxşar hesablar və nömrə eyniləşdirmə yolu ilə maddi vəsaitlərinin talanması hallarının artdığı müşahidə olunur:

"Sosial şəbəkə hesablarınıza və ya mobil nömrənizə dostunuz, yaxınınız və ya tanışınız hesab etdiyiniz şəxslərdən borca pul istəməsi ilə bağlı mesajlar gələ bilər. Profil şəkli, ad-soyad da eynidir. Siz də dostunuz olduğu üçün onun xahişinə yox demirsiniz, pulu göndərdiyi kart hesabına köçürürsünüz. Bir neçə dəqiqədən sonra isə zəng edib və ya yazıb "pul kartına köçdümü?" deyə soruşmaq istədikdə ya həmin səhifənin bloklandığını, ya da sizə yazan zahirən dostunuzun nömrəsinə bənzəyən nömrəyə zəng çatmadığını görürsünüz. Kontaktınızda dostunuzla həmişə əlaqə saxladığınız nömrəni tapıb danışanda isə məlum olur ki, o, sizdən borca pul istəməyib və onun heç bu məsələdən xəbəri yoxdur.

Gəlin, hər zaman olduğundan daha diqqətli davranaq, zəng edibsə yazaraq, yazıbsa zəng edərək dəqiqləşdirmə aparaq, şəxsi, həmçinin kart məlumatlarımızı heç kimlə bölüşməyək".

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Bu gün Beynəlxalq Novruz günüdür

  • 21-03-2025, 10:38
  • 68
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 10 775
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 7 867
  • 102
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter