Bugün - 30 mart 2025 г 
 

Xəbər başlıqları

  • 10:19 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 10
  • 10:31 – “O ünsürlər buna layiq deyillər” - Prezident 
  • 21:43 – İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşaya səfərdən görüntülər paylaşılıb 
  • 16:33 – Azərbaycan Prezidenti: Biz Ağdamı yenidən qururuq və quracağıq 

İrəvanın mərkəzindən "yerazlara salam": Türk gəncin yeni videosu Ermənistanı dəli etdi

  • 26.03.2025, 09:47,
  • Hadisə
  • Baxılıb: 58
İrəvanın mərkəzindən "yerazlara salam": Türk gəncin yeni videosu Ermənistanı dəli etdi


Türk gəncin Azərbaycanın qədim torpağı İrəvandan çəkmiş daha bir videosu Ermənistanda sürətlə yayılaraq, geniş rezonans doğurub.

Bundan əvvəl də xəbər verdiyimiz kimi, türkiyəli bir gənc Azərbaycan ləhcəsi ilə İrəvanın mərkəzindən Türk Dünyasına mesaj göndərmişdi.

Musavat.com bildirir ki, türk gənc bu dəfə də şəhərin mərkəzindən canlı yayım açaraq, qeyd edib:

"Azərbaycanın qədim torpağı İrəvandan bütün Türk dünyasını Novruz bayramı münasibəti ilə təbrik edirəm. Xüsusilə də 'yeraz'lara buradan salam deyirəm".

Daha sonra gənc çıxışını məşhur "Anadır arzulara hər zaman Qarabağ" mahnısını ifa etməklə davam etdirib və əl işarəsi ilə boz qurd simvolunu göstərib.

Bütün bunlar Ermənistanda isterik reaksiyalara səbəb olub, bəzi erməni sosial media istifadəçiləri "İrəvanda necə belə bir şey baş verə bilər?" sualını qaldırıblar.

Sosial mediada yayılan xəbərlərə görə, Ermənistanın hüquq-mühafizə orqanları bu gəncin kimliyini müəyyənləşdirmək üçün hərəkətə keçiblər.

Bu hadisə Ermənistanda ciddi narahatlıq doğurmaqla yanaşı, bir daha İrəvanın tarixi kimliyinin müzakirə olunmasına səbəb olub.

Azərbaycanlılar sosial şəbəkələrdə videonu geniş yayaraq, gəncin cəsarətini alqışlayır, erməni tərəf isə bu hadisəni "təhlükəli tendensiyanın başlanğıcı" kimi qiymətləndirir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

İlon Mask: Bu olmasa, ABŞ batacaq

  • 28-03-2025, 12:11
  • 58
  • 0

Tramp iftar süfrəsində - FOTO

  • 28-03-2025, 11:47
  • 59
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 10 914
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 8 026
  • 102
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter