Bugün - 01 aprel 2025 г 
 

Xəbər başlıqları

  • 13:48 – Bu şəxslərə təqaüdlər veriləcək - Sərəncam 
  • 11:55 – İlham Əliyev Pezeşkianın müşavirini qəbul etdi - FOTO 
  • 10:57 – Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib 
  • 09:34 – İlham Əliyev Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar paylaşım edib 

Son 10 ildə 18 yaşdan kiçik 19 min ana – Erkən nikah faciəsi

  • 28.03.2025, 13:12,
  • Hadisə
  • Baxılıb: 73
Son 10 ildə 18 yaşdan kiçik 19 min ana – Erkən nikah faciəsi


“13 yaşlı qız ana qayğısına, nəvazişinə, sığalına möhtackən özü ana olursa, deməli biz hələ də Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Axundzadənin olduğu dövrdə yaşayırıq. Dünya neçə əsr adlasa da, biz yerimizdə sayırıq”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndiyev deyib.

O bildirib ki, son 10 ildə 18 yaşadək analar dünyaya 19854 uşaq gətirib:

“Onlardan 13513 nəfəri kənd, 6341 nəfəri isə şəhər qeydiyyatıdır. Bu, hələ rəsmi statistikadır. Hələ bunun qeyri-rəsmi olanı və abortu da nəzərə alsaq, görün vəziyyət nə qədər acınacaqlıdır.

Respublikamızın bəzi bölgələrində cahillik hökmranlıq edir. Yaşı 15 olub nişanlanmayan qıza evdə qalmış gözü ilə baxılır. Ətrafdakılar dedi-qodulara başlayır. Görəsən, nə problemi var, nəcəb qapısını döyən yoxdur və s. axmaq düşüncələr. Bu dəhşətdir”.

Ekspert hər kəsi belə hallara qarşı mübarizəyə səsləyib:

“Erkən nikahlara qarşı olmalıyıq. Dəfələrlə səsləndirdiyim bir fikrimi yenə də qeyd edirəm: qızı olan valideynlər övladlarının nikah haqqında şəhadətnamə almalarına deyil, təhsil haqqında sənəd almalarına çalışmalı, qızlarının 11 illik attestatı, ali və ya orta ixtisas təhsili haqqında diplomu ilə qürurlanmalı, fəxr etməlidirlər. Yalnız bu halda biz inkişaf edəcək, düşdüyümüz cahillik bataqlığından çıxacağıq”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah hava necə olacaq?

  • Bu gün, 13:06
  • 17
  • 0

Hacı Vəliyev saxlanıldı

  • Bu gün, 12:24
  • 20
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 10 954
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 8 066
  • 102
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter