• 09:54 – Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı 
  • 09:00 – Azərbaycanda Milli Qurtuluş Günüdür 
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 11:47 – İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 

Stəkana tüpürüb müştərilərə çay süzdü - 70 “Ç” ilə işdən çıxarıldı - Video

  • 29.09.2025, 12:02,
  • Hadisə
  • Baxılıb: 66
Stəkana tüpürüb müştərilərə çay süzdü - 70 “Ç” ilə işdən çıxarıldı - Video



Şəki şəhərində fəaliyyət göstərən “Azra” şirniyyat evinin əməkdaşı Ayşən Babazadənin müştərilərə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə onun müştərilər üçün hazırladığı çay stəkanına tüpürdüyü aydın olur.

Etdiyi hərəkəti öz hesabında paylaşan gənc qız işə nifrət etdiyini və dalaşdığını bildirib. İddia olunur ki, o, şirniyyat evinin rəhbərliyi ilə dalaşaraq bu addımı atıb.

Məsələ ilə bağlı sözügedən şirniyyat evi ilə əlaqə saxladıq. Obyektin rəhbəri Murad Nəsibov məsələdən xəbərdar olan kimi həmin şəxsin töhmət verilərək işdən çıxarıldığını dedi: “Bu barədə əvvəldən məlumatımız olmayıb. Dünən polisə də izahat vermişik. Həmin xanımın özünü də polisə çağırmışdılar. Biz bu məsələni bilən kimi həmin işçini Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxarmışıq. Bundan sonra o, heç yerdə işləyə bilməz. Onun müdriyyətlə dalaşması halı olmayıb. Özü izahatında deyib ki, mən öz rəfiqələrimlə orada oturmuşam, zarafat məqsədilə belə etmişəm və şəxsi səhifəmdə paylaşmışam. Dediyinə görə, həmin çay da servis olunmayıb”.

DİN-in Mətbuat xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı ərazi üzrə polis orqanında təhqiqat aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 227
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 181
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter