• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Bakıda saxlanılan “tülkü” Ermənistana qayıdanda “şir”ə döndü

  • 16.01.2026, 09:00,
  • Hadisə
  • Baxılıb: 29
Bakıda saxlanılan “tülkü” Ermənistana qayıdanda “şir”ə döndü


Ermənistana qaytarıldıqdan sonra sosial şəbəkələrdə pafoslu müraciətlə çıxış edən Gevorq Sujyan Bakıda saxlanılan ermənilərə emosional çağırış edib.

Sujyan paylaşımında yazıb:

“Mən sizi tərk etmədim, dostlar. Ruhumun bir parçasını sizinlə orada qoydum. Siz amansız əsirliyin caynaqlarında qaldığınız müddətdə mənim üçün rahatlıq olmayacaq. Buna and içirəm”.

Məhz bu çıxış Sujyanın kimliyi və Bakıda saxlanılmasının real səbəblərini yenidən gündəmə gətirib.

Qeyd edək ki, Sujyan və onunla birlikdə olan şəxslər 44 günlük müharibə başa çatdıqdan sonra — 10 noyabr 2020-ci ildə Azərbaycan ərazisinə qanunsuz şəkildə daxil olarkən saxlanılıblar. Onlar Laçın–Kəlbəcər istiqamətində tutulub və silahlı terror-diversiya qrupu kimi zərərsizləşdiriliblər. Saxlanılma zamanı üzərlərində avtomat silahlar, patronlar və əl qumbaraları aşkar edilib, qrupun hərbi geyimdə və koordinasiyalı şəkildə hərəkət etdiyi müəyyənləşdirilib.

Bu səbəbdən Azərbaycan tərəfi onları müharibə əsiri kimi deyil, atəşkəsdən sonra ölkə ərazisinə qanunsuz daxil olmuş silahlı terror-diversiya qrupunun üzvləri kimi tanıyıb.

Tülkünün "şirə" çevrilməyi

Bakıda saxlanıldığı dövrdə sakit və təmkinli davranan Sujyan Ermənistana qaytarıldıqdan sonra qəfil “qəhrəman”, “şir” obrazına bürünərək emosional və populist ritorikaya keçib. Lakin faktlar dəyişmir: o, terrorçu qrupun üzvü kimi saxlanılıb və bugünkü açıqlamalar bu reallığı ört-basdır etmir.musavat.com

Eyni zamanda vurğulanmalıdır ki, Azərbaycan tərəfi saxlanılan bütün erməni cinayətkarlara münasibətdə humanist mövqe nümayiş etdirib. Saxlanılan şəxslərə Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüququn tələblərinə uyğun, zorakılıq tətbiq edilmədən, qanun çərçivəsində yanaşılıb, istintaq və saxlanılma prosesləri beynəlxalq normalara uyğun şəkildə həyata keçirilib. Bu yanaşma Azərbaycanın hüquqi dövlət prinsiplərinə və beynəlxalq öhdəliklərinə sadiqliyini bir daha təsdiqləyir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 5
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter