DTX-nin həbs etdiyi məmurun “Torqovı”dakı məşhur restoranı sökülür – FOTO
- 14.05.2020, 11:41,
- Hadisə
Baxılıb: 52
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının mərkəzində, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması Dövlət Xidmətinin həbs olunan rəisi Zakir Sultanova məxsus “Casual Brasserie” kafesinə qanunsuz əlavə edilmiş tikilinin-artırmanın söküntüsü işlərinə başlanılıb.
Bir müddət əvvəl şəhər rəhbərliyinin restoran və kafelərə edilən bütün əlavə artırmaların sökülməsi barədə qərarından sonra, “Torqovı”dakı “Casual Brasserie” yeganə obyekt idi ki, onun geniş şüşəli artırmasına toxunulmamışdı.
Diqqəti çəkən məqamdır ki, Zakir Sultanov rəhbərlik etdiyi qurumun ərazisini genişləndirərəkkən təkcə yolun piyadalar üçün hissəsini ələ keçirməmişdi, üstəlik “İtalyan həyəti” kimi məşhur olan yaşayış binasına keçidi də əngəlləmişdi. Nəticədə evin sakinləri su və qaz sayğaclarına çıxışdan məhrum olmuşdular.
Virtualaz.org bildirir ki, bu gün səhər saatlarında bir qrup fəhlə kafenin yerləşdiyi əraziyə gəlib və tikinti texnikasının köməyi ilə qanunsuz şüşə artırmanı sökməyə başlayıb. O da maraqlıdır ki, artırma bütün tikinti normalarına zidd olaraq inşa edilib. Xüsusilə, bütün kanalizasiya qovşaqları onun altında qalıb. Bu isə fövqəladə hallarda paytaxın kommunal xidmətlərini bu ərazidə şəhər kanalizasiya sisteminə çıxış imkanlarından məhrum etməkdi…
DTX-nın həbs etdiyi məmurun restoranın söküntüsü başladı - Foto
/Virtualaz.org/