Azərbaycanda dəhşət: Ərdən hamilə arvadına qarşı dəhşətli hərəkət - evə qız gətirdi və dəfələrlə...
- 09.05.2019, 10:30,
- Hadisə
Baxılıb: 166
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda dəhşət: Ərdən hamilə arvadına qarşı dəhşətli hərəkət - evə qız gətirdi və dəfələrlə...
dəhşətli işgəncə verməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Namil Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Səyyar Tv publuka.az-a istinadən xəbər verir ki, Namil Məmmədov 20 sentyabr 2016-cı il tarixdən 21 aprel 2017-ci ilə kimi olan dövr ərzində qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Fərqanə Babayevaya işgəncə verib. O, Fərqanənin hamilə vəziyyətində olduğunu bilə-bilə birgə yaşadıqları Şirvan şəhəri, Xaqani küçəsindəki evlərdən birində mütəmadi olaraq onu döyüb, dəfələrlə ünvanına nalayiq ifadələr işlətməklə saçından tutub yataq otağında yerlə sürüyüb. Namil Məmmədov 2016-cı ilin noyabrında Fərqanə Babayevanı yaşadıqları evdə yumruq təpiklə vurub, həmin ilin dekabrın 31-də isə Bakı şəhərində olarkən yumruqla gözaltı nahiyəsinə zərbə endirib. Daha sonra Namil Məmmədov 2017-ci ilin yanvarında Şirvan şəhərində yaşadıqları evdə Fərqanənin bel, baş nahiyəsinə yumruq və təpiklə vurub, onun bu barədə yaxın qohumlarına məlumat verməsini məhdudlaşdırıb. “İşlədiyi qadını evimizə gətirib” - Namil Məmmədov sonuncu dəfə 2017-ci il aprelin 21-də yaşadıqları evdə onu yumruq-təpiklə vurub.