• 14:51 – İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2 
  • 10:08 – İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib 
  • 09:44 – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür 
  • 09:30 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 

Anasını öldürmək istəyən gəncin məhkəməsi başladı

  • 05.09.2020, 10:33,
  • Hadisə
  • Baxılıb: 139
Anasını öldürmək istəyən gəncin məhkəməsi başladı


Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda anasını öldürməyə cəhddə təqsirləndirilən Nazim Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Modern.az-ın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı sentyabrın 8-ə təyin edilib.

Qeyd edək ki, bu il yanvarın 29-da Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yataqxanaların birində 1996-cı il təvəllüdlü Nazim Nağıyev şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla anası - 1965-ci il təvəllüdlü Səlmirə Nəqiyevaya bıçaqla çoxsaylı xəsarət yetirib. Qadın xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən N. Nağıyev saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 6 807
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 3 260
  • 26
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter