Nazirlikdən daha bir erməni təxribatı ilə bağlı XƏBƏRDARLIQ
- 20.10.2020, 13:40,
- Hadisə
Baxılıb: 56
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan tərəfindən elektron poçt üzərindən uğursuz fişinq hücum cəhdləri davam edir.
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) verilən məlumata görə, bu dəfə istifadəçilərə göndərilən fişinq xarakterli e-poçtda guya son dövrdə artan kiberhücumlardan qorunmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya Mərkəzi tərəfindən Xarici İşlər Nazirliyi əməkdaşları üçün xüsusi təlim proqramı hazırlandığı bildirilir.
Eyni zamanda həmin təlimdə iştirak etmək üçün keçidə daxil olaraq, korporativ e-poçt və şifrin daxil edilməsi istənilir. İstifadəçi keçidə daxil olaraq məlumatları təqdim etdikdə həmin məlumatlar kibercinayətkarların əlinə keçir.
"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti hazırkı vaxtda hər kəsi maksimum diqqətli olmağa, şübhəli keçidlərə daxil olmamağa və hər hansı faylı yükləməməyə və məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlamağa çağırır. Xahiş edirik, bu kimi hallarla üzləşdikdə, www.cert.az saytı və ya
[email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat verin", - nazirlikdən bildirilib.