Əlavə vaxtda da tarazlıq pozulmadığından penaltilər seriyasında qalib müəyyənləşib. İtaliya millisi 3-2 hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.
***
AVRO-2020-də İngiltərə və İtaliya yığmaları arasındakı final oyunu start götürüb. Qarşılaşma Londondakı "Uembli" stadionunda keçirilir.
İlk qol 3-cü dəqiqədə vurulub. İngiltərə millisində Lük Şou əks-hücumda fərqlənib.
Görüşü niderlandlı referi Byorn Kuypers idarə edir.
***
Bu gün Avropa çempionatının final oyununda üz-üzə gələcək İtaliya və İngiltərə yığmalarının start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorenso, 3. Corco Kyellini (kap.), 6. Marko Verratti, 8. Jorjinyo, 10. Lorenso İnsinye, 13. Emerson, 14. Federiko Kyeza, 17. Çiro İmmobile, 18. Nikolo Barella, 19. Leonardo Bonuççi
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Lük Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 9. Harri Keyn (kap.), 10. Rəhim Sterlinq, 12. Kiran Trippye, 14. Kelvin Fillips, 19. Meyson Maunt
Qeyd edək ki, İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Görüşü niderlandlı baş hakim Byorn Kuypers idarə edəcək.