• 15:08 – Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 
  • 11:03 – Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir 

Qurban Qurbanov mətbuat konfransındakı istəyi müzakirələrə yol açdı

  • 17.09.2021, 10:06,
  • İdman
  • Baxılıb: 127
Qurban Qurbanov mətbuat konfransındakı istəyi müzakirələrə yol açdı


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Bazel”lə matçdan sonra keçirilən mətbuat konfransında pivə şüşələrinin qarşısından götürülməsini istəyib.

Onun bu istəyi yerinə yetirilib və mütəxəssis çıxış edən zaman masada şüşələr olmayıb.

Q.Qurbanov jurnalistlərə açıqlama verib konfrans zalından çıxdıqdan sonra pivə şüşələri yerinə qoyulub.

Onun bu davranışı sosial mediada birmənalı qarşılanmayıb. Belə ki, təcrübəli məşqçinin masadan sponsora məxsus məhsulun götürülməsini istəməsi bir qrup insanın narazılığına səbəb olub. Əsasən qeyri-inanclılar Qurbanovun bu addımını dini inancla əlaqələndirib.

Əksəriyyət isə onun masasında hər hansı məhsulu görmək istəməməsinin hüquqları çərçivəsində olduğunu bildirib.

Qeyd edək ki, portuqaliyalı ulduz Kristiano Ronaldo da mətbuat konfransı zamanı qarşısından Coca-cola şüşəsini götürərək dünya mediasında gündəm olmuşdu. Ondan sonra fransalı Pol Poqba da oxşar addımı ilə yadda qalmışdı.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Çin lideri ABŞ-a gedir

  • Bu gün, 12:18
  • 4
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter