• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

“Milli komandaya görə təəssüf hissi keçirmişəm, amma utanmamışam” — AFFA-nın baş katibi - VİDEO

  • 11.12.2019, 10:54,
  • İdman
  • Baxılıb: 72
“Milli komandaya görə təəssüf hissi keçirmişəm, amma utanmamışam” — AFFA-nın baş katibi - VİDEO


“3 D” verilişinin növbəti qonağı AFFA-nın baş katibi Elxan Məmmədov olub.
Dadaşlinski əvvəl “AVRO 2020”ni Bakıda keçirilməsini təşkil etdikləri üçün Məmmədova minnətdarlığını bildirib.

Daha sonra o, AFFA-nın baş katibi ilə futboldakı vəziyyəti müzakirə edib.

“İlk dəfə Azərbaycan 1996-cı ildə Avropa seçim turlarında iştirak edib və 1 xalla oradan ayrılıb. 2019-cu ildə də komanda seçim turlarından 1 xalla ayrıldı. Sizcədə futbolumuz eyni dairə üzrə hərəkət etmirmi, irəli getmirik?”- sualına E. Məmmədovun cavabı belə olub:

“Ümumiyyətlə, futbol elə bir idman növüdür ki, heç kim gələcək nəticələri öncədən deyə bilməz. Ancaq onu da bildirim ki, komandamızın seçim turunda göstərdiyi nəticə ürək açan deyil, bunu bilirəm. Bu yaxınlarda iclasımız olacaq, baş məşqçidən də hesabat gözləyirik. Buna görə də AFFA son qərarını iclasdan sonra qəbul edəcək. Bir də təkrarlayıram ki, biz bu nəticə ilə heç də razı deyilik. Ancaq onu da vurğulayım ki, komandamız son illərdə rekord xallar da qazanıb, 9-10 xalımız olub”.

Məmmədov aparıcının uşaq futbolunun inkişafı barəsində sualını da cavablandırıb:

“Uşaq futbolu üçün süni meydançalarımız yoxdur, təbii meydançada isə bunu etmək mümkün deyil. Çünki həftədə 3-4 məşqə təbii meydança yararsız vəziyyətə düşə bilər”.

Növbəti dəfə “Bildiyimizə görə, AFFA Berlin şəhərində futbol məktəbi açmışdı. Bərdədə, Yevlaxda deyil, düz Berlində. Bu nə məqsəd daşıyırdı? Ən əsas ora nə qədər sərmayə qoyulmuşdu? İşin nəticəsi necə oldu?”- sualı ilə Dadaşlinski baş katibə müraciət edib.

“Bizim məqsədimiz orada yaşayan azərbaycanlı uşaqları, o məktəbə cəlb etmək idi. Bu ən çox orada Azərbaycanı təmsil etmək idi. Bunun üçün 100.000 manat xərclənib””, - deyə baş katib bildirib.

“Heç olub ki, Elxan müəllim milli komandaya görə utanıb?” sualına isə Məmmədov “Yox, təəssüf hissi keçirmişəm, amma utanmamışam”,- cavabını verib.
Baş katib Slovakiyanın futbol mütəxəssisi Vladislav Yurkeviçin milli komanda haqqında dediyi “Uzun zamandır Azərbaycan komandası kimi zəif komanda görməmişəm, necə olur ki, bir komanda fasiləyə qədər oyun meydançasının mərkəzini keçə bilməsin? Azərbaycan yığmasının oyunçuları, futbolçu yox turistdirlər” sözlərinə də aydınlıq gətirib.

“Bunu o, oyundan sonra deyib. Çünki, bizim o oyunda itiriləcək heç nəyimiz yox idi. Ona görə, biz müdafiə futbolu oynadıq. Slovakiya yəqinki, bizdən hücum futbolu gözləyirdi”.

“Əgər biz futbolda nəticə göstərə bilmiriksə, yeni nəsil yetişmirsə, bəlkə etiraf edək ki, “Futbol bizimki deyil?” sualına isə “Klubların sayı birbaşa iş adamlarından asılıdır. Onlar yeni klublar yaratmalıdırlar. Siz bu sualla onlara müraciət edin”, deyə bildirib.

Dadaşlinskinin “Qurban Qurbanovun millidən getməsinin birbaşa səbəbkarı kimi sizi göstərirlər, bu barədə nə deyə bilərsiniz?”- sualına isə baş katib “Düzü bilmirəm niyə məni buna səbəb göstərirlər. Mən hər zaman ona dəstək olmuşam. Qurban Qurbanova klubdan təklif gələndə əvvəl ikisində də fəaliyyət göstərirdi. Lakin bunlar fərqli sahələr olduğu üçün AFFA qərar verdi ki, o, işini ”Qarabağ”da davam etdirsin və biz də baxaq fəxr edək. Hər zaman demişəm mənim Qurban müəllimə böyük hörmətim var. Ona bütün şərait yaradılmışdı”.

O, Rəşad Sadıqovun U-21-də baş məşqçi təyinatından da danışıb. Məmmədov bildirib ki, Sadıqov baş məşqçi təyin olunanda həm də futbolçu kimi karyerasına davam edirdi. Ona görə, iki işi bir arada görə bilmədi.

“Məni hər zaman süni tənqid edirlər, subyektiv tənqidə mən razıyam. Bizə qarşı müxtəlif kampaniyalar yaradırlar”,- deyə o, bildirib.

Sonda Elxan Məmmədov “Bir futbol federasiyasının nə qədər uğursuzluqları olmalıdır ki, rəhbərlik istefa versin?” sualına “AFFA- nın rəhbərliyini seçən Azərbaycan futbol ictimaiyyətidir. Qərarı onlar verib. Təssüflər olsun ki, AFFA-nın bütün işini milli komanda ilə bağlayırlar. Bizim böyük uğurlarımız da olub”,- deyə bildirib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 022
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 710
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter