Vüqar Əsgərov Latviyada dubl edib bombardir oldu
- 24.04.2019, 11:00,
- İdman
Baxılıb: 178
Facebook
Вконтакте
Одноклассники
Google+
Futbol üzrə Latviya çempionatında 7-ci turun oyunları keçirilib.
xeberdar.az futbolinfo.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçular - Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi "Dauqavpils" də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "Spartak"la üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1.
Azərbaycanlı futbolçulardan ikisi - Vüqarla Tural da bu matçın iştirakçısı olub. Onlar start heyətdə meydana çıxıb. Əsgərov sonadək oynadığı halda, Bayramlı 56-cı dəqiqədə əvəzlənib. Elvinin adı isə ümumiyyətlə bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Komandasının vurduğu qollardan ikisinə Vüqar imza atıb. O, 20-ci dəqiqədə hesabı 1:1 edib. Millimizin sabiq forvardı 32-ci dəqiqədə daha bir qol vurmaqla ardıcıl iki oyunda dubl edib və cari mövsümdə vurduğu topların sayını 5-ə çatdırıb. Bu, həm də Əsgərovu Latviya çempionatının bombardirlər yarışında ilk sıraya çıxarıb.
"Dauqavpils" hazırda 10 xalla 9 komanda arasında 4-cü pillədə qərarlaşıb