Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Canni De Byazinin başçılıq etdiyi kollektiv qrup mərhələsinin IV turunda Kipr millisi ilə qarşılaşacaq.
Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağdakı hərbi münaqişə səbəbindən milli rəqibini neytral meydanda - Albaniyadakı Elbasan şəhər stadionunda qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bunadək qrupda keçirdiyi 3 oyunda 1 qələbə qazanıb, 2 dəfə məğlub olan yığma 3 xalla 3-cü pillədə qərarlaşıb. Kiprlilərin isə xalı yoxdur. Azərbaycan millisi yeganə qələbəsini II turda səfərdə Kipr üzərində əldə edib - 1:0.
Azərbaycan millisi bu görüşə ciddi itki ilə çıxacaq. Komandanın heyətində cəzalı Bədavi Hüseynovun oyunu buraxacağı dəqiqdir. Kapitan Maksim Medvedev, hücumçu Əli Qurbani və Monteneqro ilə matçda oynamayan müdafiəçi Təmkin Xəlilzadənin isə forma geyinməsi sual altındadır.
13 oktyabr
UEFA Millətlər Liqası, IV tur
20:00. Azərbaycan - Kipr
Hakimlər: Fran Yoviç, İviça Modriç, Hrvoje Radiç, Mario Zebeç (hamısı Xorvatiya)
Albaniya, Elbasan şəhər stadionu
Qeyd edək ki, qrupun digər oyununda lider Monteneqro Lüksemburqu qəbul edəcək. Həmin qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.