• 09:44 – Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib 
  • 14:47 – İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər 
  • 14:43 – Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB 
  • 17:49 – İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO 

“Samsung” Çində mobil telefon istehsalını dayandırdı

“Samsung” Çində mobil telefon istehsalını dayandırdı

Cənubi Koreyanın "Samsung Electronics" şirkəti yerli istehsalçıların rəqabətindən yaranan zərər səbəbi ilə dünyanın ikinci ən böyük mobil smartfon bazarı olan Çində mobil telefon istehsalına son qoyub.
Azərtac xəbər verir ki, Huycou şəhərindəki "Samsung"un Çindəki sonuncu mobil telefon zavodu fəaliyyətini tam dayandırıb.

Ötən ilin sonunda isə şirkətin Çindəki daha bir zavodu bağlanmışdı.

Cənubi Koreyanın texnologiya nəhənginin bu addımı digər şirkətlərin Çində işçi qüvvəsinin bahalaşması və ölkənin iqtisadi inkişafının zəifləməsi səbəbindən istehsalı başqa ölkələr köçürmələri ilə paralel baş verir.
Xatırladaq ki, Yaponiyanın "Sony" şirkəti də bir müddət əvvəl Çindəki zavodunu bağlayaraq istehsalı Tailanda köçürmək barədə düşündüyünü bildirmişdi.

"Samsung" şirkətinin Çinin mobil telefon bazarındakı payı 2013-cü ildəki 15 faizdən hazırda təxminən 1 faizə düşüb. "Counterpoint" bazar araşdırmaları təşkilatının rəyinə əsasən, buna səbəb Çinin "Huawei" və "Xiaomi" kimi şirkətlərinin bazarda "Samsung"u sıxışdırmasıdır.

Cənubi Koreya şirkəti 1992-ci ildən Huycouda fəaliyyət göstərən zavodunun istehsal gücü barədə məlumat verməyib. Amma Cənubi Koreya mətbuatı 6 min nəfərin çalışdığı zavodda 2017-ci ildə 63 milyon mobil telefon istehsal olunduğunu yazıb. Həmin il "Samsung"un dünya üzrə mobil telefon istehsalı 394 milyon ədəd olmuşdu. Şirkət son illər işçi qüvvəsinin daha ucuz olduğu ölkələrdə, məsələn Hindistan və Vyetnamda istehsalı genişləndirir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 32 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 087
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 457
  • 19
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter