Tikinti materialları nəyə görə bahalaşıb? - RƏSMİ AÇIQLAMA
- 09.06.2021, 15:33,
- İqtisadiyyat
Baxılıb: 94
Facebook
Вконтакте
Одноклассники
Google+
Son günlər tikinti materailları bazarında qiymət artımı əsas müzakirə mövzularından birinə çevrilib. Bir sıra tikinti materiallarının qiymətində 2 dəfəyə yaxın, bəzilərində isə 2 dəfədən çox artım müşahidə olunur. Bu isə inşaat sektorunda xərcləri artıraraq növbəti aylarda mənzil bazarında qiymətlərin artacağından xəbər verir.
Bəzi ekspertlər bahalaşmanı mövsümi amillərlə əlaqələndirib. Bəziləri isə qiymətlərdəki kəskin artımın təkcə mövsümlə bağlı olmadığını, monopoliya və süni qiymət artımının da rol oynadığını hesab edirlər.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “Ölkə.az”ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən əsassız qiymət artımı hallarının vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə mütəmadi olaraq bir sıra malların, o cümlədən tikinti materiallarının qiymətlərinin monitorinqi aparılır:
“Son dövrdə Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlərin nəticələri təhlil edildikdən sonra tikinti materiallarında qiymət artımının dünya bazarında müşahidə olunan əmtəə dəyərinin yüksəlməsi nəticəsində baş verdiyi müəyyən olunub”.
Qurum əlavə edib ki, tikinti materiallarının qiyməti dövlət tərəfindən tənzimlənmədiyi üçün, bazar iqtisadiyyatı şəraitində rəqabət mühitində tələb-təklif əsasında formalaşır. Qeyd olunub ki, qiymətlərin səviyyəsi dünya iqtisadiyyatında baş verən bir sıra amillərin təsiri altında dəyişə bilər:
“Bazarda əsassız qiymət artımının vaxtında müəyyən edilərək qarşısının alınması istiqamətində Dövlət Xidməti tədbirlərini davam etdirilir. Məqsəd bazarda sağlam rəqabət mühitinin yaradılmasının və qorunmasının təmin edilməsidir”.