Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda təxminən 20,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 522,2 min ton az olub.
Bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-iyul ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir..
Bİldirlir ki, respublika üzrə neft hasilatının 13,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 milyon ton təşkil edib.
Hesabat dövründə təxminən 16,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 15,6 milyon tondan çoxu konsorsiumun, 823,7 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq dövrünə nisbətən, təxminən 517,5 min ton, yəni 3 faiz azdır.