Bakıya 458 yeni lift gətirilib.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Verilən məlumata görə, “Alov qüllələri” Kompleksində Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi, Almaniyanın Wittur Holding GMBH şirkətinin, həmçinin Azərbaycanın bir sıra tanınmış şirkət və kompaniyalarının rəhbərlərinin iştirakı ilə təqdimat mərasimi, Bakıda yeni liftlərin quraşdırılmasının bu günə olan vəziyyəti, bu istiqamərdə gələcəkdə görüləcək işlərə həsr olunmuş tədbir keçirilib.
Təqdimat mərasimində əvvəlcə Wittur Holding GMBH şirkətinin Global satis sobəsinin rəhbəri Ahmet Örs, Marketing Direktoru Gerd Imbusch, dıgər rəsmi şəxslər şirkət, onun məhsulları, biznes tərəfdaşları, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda həyata keçirdikləri layihələr barədə məlumat vermiş, video-çarx nümayiş etdirilib.
Şirkətin Bakı şəhərində həyata keçirdiyi layihə müzakirə olunub.
Bakıda yeni liftlərin quraşdırılmasının vəziyyəti və gələcəkdə bu istiqamətdə görüləcək işlər barədə Şəhər “Lifttəmir” İstehsalat Birliyinin rəhbəri Xalid Ələkbərov, şirkətin marketing direktoru Gerd Imbusch və Avropa satis sobəsinin rəhbəri Ralph Hunter ətraflı məlumat veriblər.
Bildirilib ki, imzalanmıış müqavilə əsasında bu il 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub.
İlk işlər pilot layihəsi kimi Nizami rayonunda başlanmış, sonradan isə bu işlər digər rayonlarda davam etdirilib.
Hazırda müqavilədə nəzərdə tutulan 542 ədəd liftin 458-i artıq Bakıya gətitilib. Bu günə kimi 162 ədəd lift quraşdırılaraq Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən qeydiyyata alınıb və istismarına icazə verilib.
Hazırda paytaxtın Nizami, Qaradağ, Xətai, Nərimanov, Binəqədi, Sabunçu, Yasamal və Nəsimi rayonlarında 296 ədəd yeni liftin quraşdırılması işləri aparılır.
“Lifttəmir” İstehsalat Birliyi tərəfindən eyni zamanda istismar müddəti bitməyən liftlərin də təmir işləri aparılır. Liftlərə texniki xidmət göstərilməsi işlərini daha da yaxşılaşdırılması üçün vahid dispetçer məntəqəsi yaradılır, işçi personalın texniki biliklərinin artırılması üçün əlavə işlər görülür.
KİV nümayəndələrinə yeni quraşdırılmış liftlərin texniki göstəriciləri barədə məlumat verildi.
Qeyd olundu ki, alınan liftlər keyfiyyət və texniki parametrlərinə görə müasir standartlara tam cavab verir. Yeni liftər müasir elekton sistemlə təchiz olunmuş, elektrik xətlərində açılma zamanı YPS sistemi movcuddur ki, vətəndaşlar avtomatik təxliyə olunur.
Görmə qabiliyyəti məhdud olan şəxslər liftdən istifadəsi üçün çöl və içəri düymələrində mərtəbələr göstəriciləri brayl əlibası ilə işarələnib.
Bildirildi ki, Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər dəyişdirilməsi gələn ildə də davam etdiriləcək və yeni liftlər alınaraq istismar müddəti ötən digər liftlərin də dəyişdirilməsi aparılacaq.