Neft bahalaşdı - Son 2 ayın ən yüksək həddinə çatır
- 27.05.2022, 10:54,
- İqtisadiyyat
Baxılıb: 58
Facebook
Вконтакте
Одноклассники
Google+
Cümə günü neft qiymətləri iki ayın ən yüksək həddinə çatır.
Buna səbəb Avropa Birliyinin Rusiya neftinə embarqo tətbiqi ehtimalı və ABŞ-da nəqliyyatdan istifadənin yüksək həddə çatacağı mövsümün yaxınlaşması olub.
Belə ki, iyul ayı üçün "Brent" markalı neft fyuçersləri sessiyanın əvvəlində 118,17 dollara qədər yüksəldikdən sonra 0,9 ABŞ dolları ucuzlaşaraq bir barel üçün 117,31 dollara düşüb. "Brent"in bu həftə 4%-ə yaxın qazanc əldə edəcəyi ehtimal edilir.
ABŞ-ın Qərbi Texas (WTI) xam neftinin fyuçersləri isə 0,18 ABŞ dolları və ya 0,2% ucuzlaşaraq bareli 113,91 dollar olub. "WTI" həftəlik təqribən 0,7% qazanc əldə edəcək.