• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Taxıl problemi necə həll olunacaq? - AKTUAL

Taxıl problemi necə həll olunacaq? - AKTUAL


Ukrayna müharibəsi dünyada aclıq və iqtisadi böhranı daha da dərinləşdirir. Kənd təsərrüfatı məhsulları ilə önə çıxan Ukraynanın limanlarının rus hərbçilərinin nəzarətinə keçməsi isə dünyada bir sıra məhsullarla bağlı ciddi problemlərə yol açıb. Xüsusən də taxıl məsələsi daha çox gündəməm çevrilib.

Hazırda cərəyan edən taxıl böhranı ilə bağlı məsəslələri şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, problemin dərinləşməməsi üçün Anakaranın da hərəkətə keçməsi təqdir olunan haldır.

- Rusiya prezidenti Vladimir Putin son müsahibələrinin birində iddia edib ki, guya o, Ukrayna taxılının dünya bazarlarına daşınmasına mane olmur. Halbuki, taxılı ixrac etmək üçün Ukraynanın dəniz limanlarından çıxış mümkün deyil. Rusiyanın hərbi gəmiləri Ukrayna limanlarını yaxın məsafədən nəzarətdə saxlayırlar. Bu limanlardan gəmilər çıxarsa, onlar Rusiyanın hərbi gəmiləri tərəfindən saxlanılacaqlar.

Vladimir Putin Ukrayna dəniz limanlarının mühasirəsindən imtina etmək əvəzinə təklif edib ki, Kiyev öz taxılını Belarus üzərindən ixrac etsin. Putinin ikinci təklifi isə odur ki, Ukrayna öz limanlarına yaxın əraziləri dəniz minalarından təmizləsin. Kiyev çətin ki, buna razılaşsın. Kremlə etibar yoxdur, dəniz limanlarının ətrafı minalardan təmizlənsə, Rusiyanın hərbi gəmiləri Ukraynanın liman şəhələrinə, o cümlədən Odessaya hücuma keçə bilər.

Politoloq deyir ki, Ankara bu məsələnin həllində də vasitəçiliyini təklif edib. Türkiyənin Rusiya, Ukrayna və BMT rəsmiləri ilə apardığı danışıqları nəticəsində “taxıl dəhlizi”nin işə salınması ilə bağlı yol xəritəsi hazırlanıb. Tərəflər yol xəritəsinin detallarını müzakirə etmək üçün İstanbulda toplaşacaqlar. İstanbulda koordinasiya mərkəzi yaradılacaq.

- Məqsəd Ukraynanın ixrac üçün nəzərdə tutulan 20 milyon don taxılının dünya bazarlarına çatdırılmasıdır.
Bu arada, beynəlxalq təşkilatlar Dehliyə müraciət edərək Hindistanın da taxıl ixracatına başlamasını xahiş ediblər. Misir Hindistana müraciət edərək bu ölkədən 500 min ton taxılın idxalına çalışır. Misir taxıl əvəzinə Hindistana sənaye məhsulları göndərməyə hazırdır. Misir dünyanən ən böyük taxıl alıcılarındandır. Bu ölkə hər il müxtəlif dövlətlərdən 11-13 milyon ton taxıl idxal edir. Əsas alıcıları Rusiya, Ukrayna və Hindistandır. Birinci ikisiylə problemlər olduğundan Misir Hindistandan daha çox taxıl almağa ümidlidir.

Dehli taxıl ixracıyla bağlı hələ qərar verməyib. Hindistan hökuməti taxıl ixracatını quraqlıqla əlaqələndirib. Dehli 1 milyon 300 milyonluq əhalisini taxılla təmin etmək üçün birinci növbədə yerli ehtiyacları ödəməlidir. Halbuki, Hindistan bu il üçün ən azı 23 ölkəyə taxıl ixracı planlaşdırırdı.
AzVision.az
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 021
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 709
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter