• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Sakinlər "boşluq" sürprizi ilə qarşılaşdı: məhsullar niyə tez bitdi? - RƏSMİ

Sakinlər "boşluq" sürprizi ilə qarşılaşdı: məhsullar niyə tez bitdi? - RƏSMİ


Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC təşkil etdiyi yarmarkalarla bağlı narazılıq yaranıb.

Həfətsonu üçün Bakı şəhəri və Abşeron rayonunda 3 ünvanda keçirilən “Kənddən Şəhərə” yarmarkalarında məhsullarının erkən bitdiyi deyilir.

Belə ki, ötən həftənin bazar günü Binəqədi rayonunda yerləşən yarmarkaya üz tutan vətəndaşlar piştaxtaların boş olduğunu görüb. Burada çalışan işçilər isə satışa çıxarılan məhsulların az olduğunu, bu səbəbdən erkən bitdiyini deyiblər.

Sakinlər "boşluq" sürprizi ilə qarşılaşdı: məhsullar niyə tez bitdi? - RƏSMİ


“Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat xidmətinin nümayəndəsi Qalib Bəhramov "Ölkə.Az"a açıqlamasında bildirib ki, 4-5 iyun tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan yarmarkalarda ümumilikdə 45 regiondan 100-ə yaxın fermer iştirak edib: "Fermerlər 80-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçiriblər. Yarmarkalarda satışa çıxarılan məhsulların içərisində daha çox mövsümi meyvə və tərəvəzlər üstünlük təşkil edib. Hazırda vətəndaşların bu məhsullara tələbatı yüksək olduğu üçün Binəqədi rayonu ərazisində təşkil olunan yarmarkada satışa çıxarılan məhsullar 1 gün ərzində satılıb. Nəticədə, gətirdikləri məhsulların satışını bitirən fermerlər öz rayonlarına geri dönüblər.

Həmçinin nəzərə almaq lazımdır ki, mövsümi meyvə-tərəvəzlərin hazırki isti havalarda uzun müddət təravətli saxlanılması mümkünsüzdür. Bu səbəb fermerləri məhsul satışa çıxararkən daha diqqətli olmağa vadar edir".

Qurumun açıqlamasında həmçinin deyilib ki, yarmarkaya çıxarılan məhsulların həcmi birbaşa fermerlərdən asılıdır: "Belə ki, yarmarka onlar üçün alternativ satış mərkəzidir. Fermerlərin bəziləri istehsal etdikləri məhsulların müəyyən həcmi ilə, bəziləri isə tam həcmi ilə yarmarkalarda iştirak edirlər".
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 34
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 074
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 770
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter