Rusiya neftinin maksimal qiyməti ilə bağlı razılığa gəlinmədi
- 29.11.2022, 10:06,
- İqtisadiyyat
Baxılıb: 33
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa İttifaqı hökumətləri bazar ertəsi Rusiyanın dəniz xam neftinin maksimal qiymət həddi ilə bağlı razılığa gələ bilməyiblər.
Reuters xəbər verir ki, buna səbəb Polşanın Moskvanın Ukrayna işğalını maliyyələşdirmək imkanlarını azaltmaq üçün maksimal qiymətin təklif olunandan daha aşağı həddə qoyulmalı olduğu ilə bağlı israrı olub.
"Heç bir razılaşma yoxdur. Hüquqi mətnlər artıq razılaşdırılıb, lakin Polşa hələ də qiymətlə razılaşa bilmir", - diplomatlardan biri deyib. Diplomatlar bildiriblər ki, qiymət həddi mexanizmi dekabrın 5-də qüvvəyə minsə də, danışıqlar üçün yeni tarix hələ müəyyən edilməyib.
"Gələn bazar ertəsi G7 ölkələri tərəfindən qiymət həddi ideyası ilə bağlı razılıq əldə olunmazsa, Aİ mayın sonunda razılaşdırılmış daha sərt tədbirləri - dekabrın 5-dən bütün Rusiya xam neftinin idxalına və fevralın 5-dən isə neft məhsullarına qadağa qoyacaq", - deyə diplomatlar bildiriblər.
Macarıstan və dənizə çıxışı olmayan iki mərkəzi Avropa dövləti boru kəməri idxalı üçün bu qadağadan azad oldular.
G7 bir barel üçün maksimal olaraq 65-70 dollar həddini təklif edir.
Rusiyanın hasilat xərclərinin təqribən 20 dollar olduğunu bildirən Polşa, Litva və Estoniya qiymətlərin maksimal həddini 30 dollar səviyyəsində tələb edir.