• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Azərbaycana Çindən gələnlərin sayı kəskin artır

Azərbaycana Çindən gələnlərin sayı kəskin artır


2023-cü ilin ilk 10 ayında Azərbaycanı ziyarət edən turistlərin sayındakı dinamika saxlanılaraq Avropadan gələnlərin sayındakı artım davam edib. Belə ki, həmin dövrdə ölkəmizə gələn tursitlərin sayı 30,3% artasa da, Avropalı ziyarətçilərin sayında artım 41,9% olub. Həmin müddətdə 1 milyon 723 min xarici Azərbaycana səfər edib.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, körfəz ölkələrindən gələnlərin sayında isə azalma davam edib: "2023-cü ilin ilk 10 ayında Ərəb dövlətlərindən Azərbaycana gələnlərin sayı 7,4% azalıb"

Millət vəkilinin sözlərinə görə, ən çox artım 3 Asiya ölkəsinin payına düşür: "Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan 3,5 dəfə, Türkmənistandan 2,7 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı da 49,6% artaraq 692,6 min nəfərə çatıb".

"Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il - 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmiş, əcnəbilər həmin il Azərbaycanda 2,6 milyard dollara yaxın vəsait xərcləmişdi. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Turizm sektorunda xərclərin azaldılması və xidmət keyfiyyətinin artırılması da olduqca əhəmiyyətlidir. Bu turizm gəlirlərində dayanıqlığını artıra bilər", - deyə V. Bayramov əlavə edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 037
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 727
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter