Prezident Şəmkirə 8 milyon manat ayırdı
- 19.12.2019, 16:17,
- İqtisadiyyat
Baxılıb: 63
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 8 milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.