Neftin qiyməti 183 dollara qədər arta bilər – ABŞ-ın Enerji Nazirliyi
- 30.01.2020, 15:34,
- İqtisadiyyat
Baxılıb: 103
Facebook
Вконтакте
Одноклассники
Google+
Brent markalı neftin qiymətinin inkişaf ssenarilərindən biri onun bir barrelinin qiymətinin 183 dollara qədər bahalaşmağıdır.
Rusiya mediası xəbər verir ki, bu, 2050-ci ilə qədər baş verə bilər.
ABŞ-ın Enerji Nazirliyinin mütəxəssisləri hesab edirlər ki, sənaye yüksək xərclərlə üzləşərsə, neft bahalaşacaq.
Həmçinin, 30 ildən sonra Brent-in qiyməti bir barel üçün təxminən 105 dollar civarında qalacaq.
Xərclər aşağı düşərsə, neft markasının dəyəri bir barelə görə 46 dollara düşə bilər.
Hazırda Brent-in aprel neft fyuçersləri 1,19% aşağı düşüb və bir barrel üçün 58,21 dollar təşkil edib. /konkret.az/