• 09:44 – Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib 
  • 14:47 – İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər 
  • 14:43 – Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB 
  • 17:49 – İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO 

44 günlük Vətən Müharibəsinin şəhidliyə ucalan qəhrəman igidimiz Saday Məmmədəliyev

44 günlük Vətən Müharibəsinin şəhidliyə ucalan qəhrəman igidimiz Saday Məmmədəliyev


44 günlük Vətən Müharibəsinin şəhidliyə ucalan qəhrəman igidlərimizdən biri də Saday Məmmədəliyevdir.

Saday 1 mart 1998-ci ildə Ordubad rayonu, Darkənd kəndində anadan olub.

Hərbi xidmətini xüsusi təyinatlı olaraq etmiş, hərbi xidmət müddəti bitdikdən sonra hərbiyə olan marağına görə hərbidə qalıb MAXE olaraq Vətəninə xidməti davam etdirmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Saday Məmmədəliyev 2020-ci il oktyabrın 11-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Müharibə zamanı XT qrup kəşfiyyatçı-radioteleqrafçı kimi hərbi xidmətini yerinə yetirib, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ailəsi ilə ən son 24 oktyabrda danışmış, Şuşaya çox az qaldığını söyləmişdir. Saday Məmmədəliyev 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Naxçıvan şəhəri,Ordubad rayonu Darkənd kəndində dəfn edilmişdir.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Saday Məmmədəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saday Məmmədəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 32 dərəcə isti olacaq

  • 26-04-2024, 16:00
  • 9
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 090
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 459
  • 19
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter