• 09:44 – Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib 
  • 14:47 – İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər 
  • 14:43 – Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB 
  • 17:49 – İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO 

Seyid Aynurun şeirləri özünəməxsus hissi-emosional ovqatıyla seçilir

Seyid Aynurun şeirləri özünəməxsus hissi-emosional ovqatıyla seçilir


Seyid Aynur 1987 -ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq, eləcə də Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin məzunudur. "Ulduz"jurnalı, Kaspi, Ədəbiyyat və 525ci qəzetdə şeir və esseləri çıxıb. "Naxış" adlı bir hekayənin müəllifidir. 2018 ci ildə Türkiyədə nəşr olunan Azərbaycan ədəbiyyatı antologiyasında şeirləri dərc olunub.
Şeirlərində sevgi, təbiət, müharibə, vətən, ayrılıq mövzuları çox işlənib.
Hazırda beynəlxalq səviyyəli İnsan resursları mütəxəssisi olaraq HR sahəsində fəaliyyət göstərir.
Ən çox sevdiyi çiçək yasəmən, xoşladığı rəng isə yasəmən rəngidir. Bu yaxınlarda "Lal gəmilər"adlı kitabı işıq görəcək.
Seyid Aynurun şeirləri özünəməxsus hissi-emosional ovqatıyla seçilir.


Şeirlər

Xudayarın nəğməsi"
Qeyrətinin üzünü yudu zabit,
Zühur etmiş arzular bulağında
Çiçək açdı mərmilər,
tüpürdü çarmıxa çəkilmiş İsa
erməni xislətinə.
Həsrətinlə yaşıd oğullar gəldi,
nəğmə deyə-deyə, fit çala-çala,
Bir evdə bir ananın
yuxusunda çilikləndi aynalar
vağzalı çalınmadı.
Xatirələri başdaşlarında qalan,
Ağoğlanı düşünüb Məryəm ana
yaddaş məzarlığında
hıçqırdı elə hey ağac-ağac,
saraldı yarpaq-yarpaq.
Göyə əl açan yaralı məscidlər,
Gileyləndi bu dünyanın işindən
üfüqlər əcəl kimi:
Peyğəmbəri-əkrəmin hüzurunda
Ağlamsındı mələklər.
Dalğalanar gözlərimdə bayrağım,
Gəldim oturub söhbətləşək, Şuşa:
sən, mən, dəfnə ağacı
Səbrim ovuclarıma sığmır daha
çırp keçmişin tozunu.
Təbiətin beşinci fəslindəyəm-
bir budağım gətirib qucaq-qucaq,
o biri tumurcuqlayıb
Dastan yazıb Cıdırda yallı gedən
Koroğlular, vətənim!.
"Xudayarın nəğməsi" ni oxuyur,
Yarım qalan səngər-səngər məktublar
Dağlara şeir aparın,
bir də ovuc dolu vətən buğdası-
göyərçin yuva salıb.

Xocalı

Cavan, qoca, körpə:
kim vardısa,
hamısını “uddu” Xocalı.
Birdən silah səsləri gəldi:
hər kəs adətdəndəndir deyib,
bəyi gözlədi
qara gəldi mamaqızı Sədiqənin toyu.
Göydən yağış kimi yağdı mərmilər,
əmioğlu Azadın qollarını qoparıb
yüyrük tək ağacın budağına asdı
mən isə xatirələri
toz olmasın deyə
ovuclarma yığdım
və üşüdüm zirvəyə sancılmış bayraq kimi.
Gecdir daha -
ümidin gözlərini sığadım,
külək əsdikcə
qəfil burnuma
hardansa qaraağac qoxusu gəldi.
Ağac –ağac hıçqırdı,
ləpələndi yaşıl gözləri Badaranın,
ağı deyib özünü
oyan-buyana çırpdı,
Suya düşən ağ yelkənə bənzədi
körpələrin cansız bədəni.
Qız gəlinin naləsi
kəndi bürüdü,
Həlimə arvad qışqırdı möhkəm:
“Ayılın ay camaat,
qırıldı Xocalılar”.

Şeir
Eyvanda “ayrılıq” sözü tumurcuqlayırdı:
səbri tulladım uçurumdan üzü aşağı,
şeir çiçəklədi ağ vərəqdə
dalğalanma daha, nəm çəkən gözlərim.
qolumu qaldırıb
yatmış körpəmin üstünü ötmək istədim-
Bir də gördüm əllərim
bir cüt qanad olub.

Nüvə

Əvvəlcə qırmızı papağı,
Sonra lalələr itdi yanağında
yandı uzun qara hörükləri qızın
od düşdü Xirosimaya.
Yer, göy və bütün canlılar üçün
O gün dayanmadan dua etdi “məbəd ağacları”.
Şəhər tarixin yaddaşından silinsin deyə
yandırdılar yaddaşsızlığın çarəsi ginko ağaclarını
İki yüz qırx altı min can aldılar,
Bomba səsindən diksinib
tumurcuqladı budaqlar;
nənələr nəvələrinə corab toxuya bilmədi
birinin qolu, birinin ayaqları şikəst
körpələr xəstə doğuldu.
Nişanlı bir qızın ürəyində
qürub etdi məhəbbət
çağalar anasız qaldı.

İllər ötdü...

Bir qırmızı papaqlı qız-
yanağında lalələr
mənə baxıb gülümsədi,
Xirosimaya yaz gəldi.
Sevgililər əllərində oleandr
Naqasakidə sevgi nəğmələri oxudu.

Bax!

yenə uçub gəldilər
qağayılar,
qağayılar,
qağayılar...
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 32 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 086
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 456
  • 19
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter