Fəsil dəyişib və yay fəslinin meyvələri artıq öz yerini payız meyvələrinə verir. Bu meyvələrin içində isə ən faydalısı Tövratda və Quranda adı çəkilən, cənnət meyvəsi olduğu bildirilən nardır.Bu meyvənin demək olar ki, hər dənəsi insan sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. Bəs payız mövsümündə ağız dadıyla yediyimiz narın faydaları haqqında nə qədər məlumatınız var?
"Ölkə.Az medicina.az-a istinadən onun orqanizm üçün 10 əsas faydalarını təqdim edir:
Əvvəlcə onu deyək ki, narın tərkibi kalium, dəmir, kalsium, fosfor mineralları, C və B1, B2 vitaminləri ilə zəngindir.
1.Mədə-bağırsaq sistemi üçün əvəzsizdir.
Narın qabıqlarından çay dəmləyib içilərsə, ishalı kəsir, bağırsaq qurdlarını tökür, dənələrini örtən pərdə isə həzmi asanlaşdırır.
2. Hormonların aktivliyini artırır.
Narın tumurcuqlarında olan yağlar orqanizmdə hormonal balansı bərpa edir. Buna görə də, nar dənəciklərini yeyərkən tumurcuqlarını atmayın, onları çeynəyib yemək baş ağrıları üçün əvəzsiz vasitədir.
3. Xərçəngə qarşı güclü vasitədir.
Narın tərkibində xərçəngə qarşı müdafiə özəlliyinə sahib olan antioksidantlar var. Şirədəki adıçəkilən maddə qırmzı şərab, yaşıl çay, portağal şirəsindəki ilə müqayisədə 3 dəfə çoxdur.
4. İnsulin əvəzedicisidir
Nar diabetik xəstələr üçün faydalıdır. Gündə 4 dəfə yeməkdən öncə 60 damla nar suyu qəbul edilərsə, qanda olan şəkərin miqdarı kifayət qədər azalacaq.
5. Diş ətinin iltihabı zamanı
Diş çürümələrində narın suyundan istifadə etmək məsləhət görülür. Nar suyu ilə damağı qarqara edin.
6. Öskürək zamanı faydalıdır.
Nar həm boğaza, həm də ağciyərə faydalıdır, öskürəyi kəsmək qabiliyyətinə malikdir. Nar qabığını suda qaynadılaraq qarqara edilməsi angina, faringit, qinqivit, stomatitr zamanı məsləhət görülür.
7. Artıq çəkidən azad olmağa kömək edir. Hər gün nar suyu içmək insanın bel nayihəsindəki yağların əriməsinə səbəb olur.
8. Göz ağrıları zamanı effektlidir.
Gözdəki sarılığı aradan götürmək üçün meyvənin içindəki ətli qismi ilə narın suyu çıxarılır və bir miqdar bal ilə qarişdırılıb məlhəm olanadək bişirilir. Daha sonra bu məlhəmlə gözə sürmə kimi çəkilir.
9. Damarlarda yaranan tıxanıqlıqda
2 həftə ərzində gündə 50 ml nar suyunun təzyiqi 36 faiz azaltdığı bəlli olub.
10. Nar suyu orqanları gücləndirici xarakterə malikdir.