Azərbaycanlı həkim vaksinasiyadan qorxanlara müraciət etdi
- 18.02.2021, 10:07,
- Səhiyyə
Baxılıb: 74
Facebook
Вконтакте
Одноклассники
Google+
Vaksinasiyadan qorxmağın əsası yoxdur, əslində, vaksinlə bağlı şübhəli yanaşmaların olması bilgisizlikdən irəli gəlir. Vaksin hər zaman pandemiyadan qurtulmağın tək yolu olub.
Bunu Trend-ə "Yeni klinika"nın həkim-laborantı Nurəli İsmayılov deyib.
Həkimin sözlərinə görə, o, artıq vaksinin birinci dozasını vurdurub və özündə heç bir yan təsirlər müşahidə etməyib:
"Özümü çox normal hiss etdim. Bir həkim kimi hər kəsə məsləhət görürəm ki, xüsusilə risk qrupuna daxil olan şəxslər peyvənd olunsunlar.