Səyyaf Tağıyev: Erməni xisləti...
- 30.03.2023, 10:23,
- Səhiyyə
Baxılıb: 120
Facebook
Вконтакте
Одноклассники
Google+
Xaçmaz Rayon mərkəzi xəstəxanasının baş həkimi Səyyaf Tağıyev - Zaman-zaman türklərin himayəsində yaşasalar da, ev-eşik sahibi olsalar da, heç zaman xəyanəti əldən buraxmayan ermənilər türk xalqına qarşı açıq düşmən münasibəti bəsləyiblər. XX əsrin əvvəllərindən başlayaraq Cənubi Qafqazda, eləcə də Mərkəzi Asiyada yaşayan türkdilli xalqlara qarşı soyqırım cinayətləri törədiblər. XX əsrdə ermənilərin türk xalqlarına qarşı törətdikləri soyqırım cinayətləri üzə çıxdıqca bu toplumun terrorçu xisləti bir daha özünü göstərir. “Daşnaksütyun” ermənilərin yaratdığı ən yırtıcı, ən terrorçu qurum olub və hətta o nizamnaməsinə terror törətməyi maddə kimi daxil edib. “Daşnaksütyun” 1890-cı ildə təəssüf ki, qonşu dövlət olan Gürcüstanda yaradılıb. Bu partiya Gürcüstanın özünə də, Azərbaycana da, başqa region ölkələrinə də, hətta Mərkəzi Asiya dövlətlərinə də böyük zərbələr vurub.
Qeyd edək ki, XX əsrin əvvəllərində yaşamış gürcü yazıçısı, tədqiqatçısı Qaribi yazıb ki, “Daşnaksütyun” yaranana qədər Qafqazda dinclik var idi, Qafqazın dincliyi bu partiya yaranandan sonra pozuldu. Beləliklə, bütün erməniləri Qriqoryan dini “Daşnaksütyun” partiyası ətrafında birləşdirdi. Bu partiyanın amalı bizim torpaqlarda erməni dövləti yaratmaq, guya ermənilərin “haqq işini müdafiə etmək” idi. Halbuki, daha çox türk xalqlarına qarşı terror, genosid daşnakların platformasına daxil idi. “Daşnaksütyun” Azərbaycan xalqına qarşı silsilə terror aktları, soyqırımlar törədib.“Daşnaksütyun” Azərbaycan xalqına qarşı silsilə terror aktları, soyqırımlar törədib. Azərbaycanlılara qarşı nə qədər qırğınlar, soyqırımlar törədildiyi məlum idi. 1905-1906-cı, 1918-1920-ci illərdə və sonrakı dövrlərdə xalqımıza qarşı törədilən genosidlərin başında daşnaklar durub.19-cu əsrin sonlarında erməni millətçiləri təşkilatlanaraq ilk dəfə yaratdıqları “Daşnaksütyun” partiyasının nizamnaməsində terror və soyqırıma çağırış kimi fikirlər səsləndirirdilər. Belə ki, partiya erməni gənclərə müraciətində qarşılarına çıxan istənilən türkü və müsəlmanı qırmağı tövsiyyə edirdi. Xüsusilə onların konsepsiyasında Türk millətinə mənsub olan 5 yaşdan yuxarı bütün insanların məhv edilməsi əks olunurdu. Sonradan 5 yaşında uşağın bu hadisələri görərək xatırlayacağını və qisas hissi ilə yaşayacağını nəzərə alaraq, 2 yaşdan yuxarı bütün insanların məhv edilməsini partiyanın konsepsiyasına əlavə etdilər.
Martın 31-i və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter aldı, minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Həmin günlərdə erməni bolşevik birləşmələri Bakıda 10 mindən çox azərbaycanlını qətlə yetirdilər. Həmin qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırıldı, işgəncə və amansızlıqla öldürüldü. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda, “Daşnaksütyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Həmin soyqırımın qəddarlığını xarakterizə edən cəhətlərdən biri də ondan ibarətdir ki, daşnaklar uşaqlara, qadınlara, qocalara qarşı xüsusi amansızlıq etmişdilər. Onlar mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə XX əsr ərzində 4 mərhələ üzrə –1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü, 1988-1993-cü illərdə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər.
31 Mart soyqırımının statistikası xüsusi qəddarlıqla həyata keçirilən bəşəri cinayətin dəhşəti haqqında kifayət qədər aydın mənzərə yaradır. Hadisələrdə Bakı, Şamaxı, Muğan, Quba və Lənkəranda 50 mindən çox azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdu. ABŞ-ın kəşfiyyat mənbələrinə görə, 60 min Azərbaycan türkü qaçqına çevrildi və 420 müsəlman kəndi dağıdıldı.
1988-ci ildən başlayaraq erməni ekspansiyası, ermənilərin Dağlıq Qarabağda apardıqları işğalçı müharibə və etnik təmizləmə azərbaycanlıların soyqırım qurbanlarının sayını xeyli dərəcədə artırmışdır. XX əsrin əvvəllərindən indiyə qədər ermənilərin planlı və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanlı müsəlmanlarına qarşı soyqırımın tarixi ardıcıllığını diqqətlə təsvir etdikdə məlum olur ki, xalqımıza qarşı törədilmiş soyqırımlar nəticəsində 2 milyondan çox soydaşımız məhv edilmiş və ölkəmiz maddi və mənəvi itkilərə məruz qalmışdır. Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında “2018-ci il 18 yanvar tarixli 3587 nömrəli Sərəncam imzalanmışdır. Dünyanın ali qurumları ədalətsizliyə sussa da, Azərbaycan öz haqqını döyüş meydanında aldı. Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərlə torpaqlarımızı işğaldan azad etməklə yanaşı, iki əsr ərzində xalqımıza qarşı törədilmiş qətliamların da qısasını aldı.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 094
- 5 500
- 10-02-2022, 10:36
- 28 407
- 244
- 7-04-2022, 11:57
- 21 570
- 207
- 26-04-2019, 16:16
- 16 134
- 45
- 18-09-2019, 10:29
- 13 648
- 119
- 12-12-2020, 12:00
- 13 376
- 92
- 11-04-2022, 16:00
- 11 847
- 12
- 15-05-2019, 20:27
- 11 069
- 54
- 24-05-2020, 23:28
- 9 979
- 3
- 26-04-2019, 15:39
- 9 466
- 99
- 27-04-2019, 10:08
- 9 040
- 2
- 23-10-2019, 21:00
- 8 055
- 1
- 29-11-2019, 09:00
- 7 903
- 3
- 13-05-2020, 22:05
- 7 761
- 0
- 28-04-2019, 20:56
- 7 527
- 2
- 23-04-2019, 21:57
- 7 295
- 2
- 11-03-2022, 12:24
- 310 094
- 5 500
- 10-02-2022, 10:36
- 28 407
- 244
- 7-04-2022, 11:57
- 21 570
- 207
- 7-11-2019, 09:36
- 6 078
- 124
- 18-09-2019, 10:29
- 13 648
- 119
- 26-04-2019, 15:39
- 9 466
- 99
- 12-12-2020, 12:00
- 13 376
- 92
- 22-12-2021, 14:22
- 4 745
- 57
- 10-02-2023, 10:54
- 4 276
- 54
- 15-05-2019, 20:27
- 11 069
- 54
- 26-04-2019, 16:16
- 16 134
- 45
- 14-01-2020, 09:33
- 6 804
- 20
- 11-04-2022, 16:00
- 11 847
- 12
- 27-03-2021, 14:25
- 4 974
- 7
- 29-11-2021, 09:36
- 4 567
- 5
- 29-09-2020, 11:15
- 4 989
- 5
- 24-09-2020, 11:41
- 5 024
- 5
- 16-05-2019, 14:19
- 6 919
- 5
- 15-05-2019, 09:47
- 5 258
- 5
SOSİAL ŞƏBƏKƏLƏR