• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Bakıda xəstəxanalara insan axını gözlənilir: “Öhdəsindən gələcəyik”

  • 30.01.2020, 15:03,
  • Səhiyyə
  • Baxılıb: 101
Bakıda xəstəxanalara insan axını gözlənilir: “Öhdəsindən gələcəyik”


Bu il yanvarın 1-dən etibarən icbari tibbi sığortanın ilkin mərhələdə tətbiqinə başlanılan rayonlardan biri də Şəkidir.

Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktor müavini Sərxan Musayev bildirib ki, yeni sistemə keçdikdən sonra rayon mərkəzi xəstəxanasına müraciət edən vətəndaşların məmnunluğunu təmin etmək üçün 20 yerdə qeydiyyat mərkəzi yaradılıb.

O deyib ki, yanvarın əvvəlindən 15-dək xəstəxanaya 10 mindən çox sakin müraciət edib. Onlardan 140 nəfəri stasionar, 8508 nəfər isə ambulator müalicəyə cəlb olunub. Gün ərzində xəstəxanaya orta hesabla 1500-2000 nəfərədək vətəndaş müraciət edir. Göründüyü kimi, 10-15 gün ərzində rayon xəstəxanasına müraciət edən vətəndaşların sayında əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Əhalinin sayının nəzərə alsaq, icbari tibbi sığortanın tətbiqinə başlanıldığı zaman paytaxt xəstəxanalarına axının daha çox olacağı istisna olunmur.

Maraqlıdır, Bakıdakı xəstəxanalar bu kütləviliyin öhdəsindən gələ biləcək gücdədirmi?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov Cebhe.info-nun bununla bağlı sorğusunu cavablandırıb. O bildirib ki, gün ərzində 10 min müraciət də olsa, Agentlik onu aradan qaldıracaq gücdədir:

Bakıda xəstəxanalara insan axını gözlənilir: “Öhdəsindən gələcəyik”


“Planlar hazırda bu istiqamətdədir və bu addımı da atacağıq. Əlavə resurs və əlavə həkim ehtiyacı yaransa, bunu da aradan qaldırmaq iqtidarındayıq. Şəki Rayon Mərkəzi Xəstəxanasında gün ərzində müraciətlərin sayı 1500-ün üzərindədir. Bu, icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır. Əvvəlki dövrlərdə müraciət sayı daha az olub. Bu, o deməkdir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi artıq bir hədəfə yaxınlaşıb. Biz çalışacağıq ki, icbari tibbi sığortanın tibbi xidmətlərdən əhali daha çox istifadə etsin. Bir məsələni də diqqətə çatdırım ki, Şəki Rayon Mərkəzi Xəstəxanası bir mərkəzdir, amma Bakı şəhərində mərkəzi xəstəxanaların sayı kifayət qədərdir. Bakı şəhərində hər rayon üzrə ən azı bir mərkəzi xəstəxana var. Hesab edirəm ki, bu tətbiqin Bakı şəhərində icrası daha rahat olacaq. Çünki tibb müəssisələrinin sayı çoxdur. Ona görə də icbari tibbi sığorta paytaxta tətbiq olunarkən çətinlik olacağını düşünmürük. Əhalinin ehtiyacı varsa, sərbəst şəkildə müraciət edib tibbi xidmət alacaq. Bəzən əhali arasında, tibb müəssisələrində çaşqınlıq yaradan məqamlar var. Guya bu layihə qısamüddətlidir. Biz əhalinin maariflənməsi yönündə mediadan da dəstək istəyirik. Bu layihə qısamüddətli deyil, daim davam edəcək”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 19
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 058
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 748
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter