• 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 
  • 11:03 – Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir 
  • 10:40 – Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil 

Palma yağından hazırlanmış saxta pendirlər satılır: Necə ayırd etmək olar? - AÇIQLAMA

Palma yağından hazırlanmış saxta pendirlər satılır: Necə ayırd etmək olar? - AÇIQLAMA


Ucuz pendir əsasən bitki yağları ilə hazırlanmış saxta məhsul olur.

Bu barədə Rusiyanın qida eksperti Anna Dyachkova bildirib.

"Əgər mağazada ucuz pendir görürüksə deməli o pendir deyil, imitasiya məhsuludur," - deyə ekspert xəbərdarlıq edib.

"Təmiz pendirin xammalına xeyli pul sərf olunur. "1 kq təbii pendir hazırlamaq üçün təxminən 10-11 litr süd lazımdır. Etibarlı istehsalçıdan bir litr keyfiyyətli süd bu gün 40-50 rubl təşkil edir. Və bu yalnız xammaldır," - deyə o əlavə edib.

O qeyd edib ki, məhsulun qiymətinə həmçinin fermentlər, qablaşdırma, elektrik, su, əmək haqqı, logistika və avadanlıq amortizasiyası daxildir.

"Ucuz pendirlər palma yağından hazırlandığı üçün daha aşağı qiymətə təklif olunur. Zərərli deyil, amma dadı və qida dəyəri təbii pendirdən fərqlidir" - deyə Dyachkova vurğulayıb.

Qida eksperti təbii pendirlə bitki yağından hazırlanmış pendiri ayırd etməyin üsullarını açıqlayıb. O bildirib ki, təbii pendir qızdırıldıqda əriyir, ip kimi uzanır və yumşaq homojen kütlə əmələ gətirir. Bitki yağları ilə hazırlanan məhsul isə hissələrə ayrılır, yağ damcıları görünür, kəskin marqarin qoxusu verir.(milli.az)
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 236
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter