• 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Vitse-spiker Adil Əliyev: "Zəngəzur dəhlizi Türk dünyasını birləşdirən körpü olacaq"

  • 24.04.2021, 13:53,
  • Siyasət
  • Baxılıb: 52
Vitse-spiker Adil Əliyev: "Zəngəzur dəhlizi Türk dünyasını birləşdirən körpü olacaq"


Vətən müharibəsində qazanılmış tarixi qələbə nəticəsində işğal altında olan torpaqlarımız həmişəlik azad edilməklə ölkəmizin ərazi bütövlüyü tam bərpa edildi. İndi isə qarşıda dayanan əsas məsələ işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, bölgədəki nəqliyyat əlaqələrinin də bərpasıdır. İnanırıq ki, xalqımız Azərbaycan torpağı olan və 101 ildir ki, əsas parçasından ayrı düşmüş Zəngəzura qayıdacaqdır.

Bunu Milli Məclisin vitse-spikeri Adil Əliyev bildirib.

O qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi Zəngəzura qayıdış üçün zəmin yaradıb: "Habelə, bu ilin 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi əsas verir.
Qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizi tarixi torpağımız olmaqla yanaşı, ölkəmizi qardaş Türkiyə vasitəsilə bütöv bir dünyaya bağlayan strateji yol olacaq. Zəngəzurun bizdən alınaraq Ermənistana birləşdirilməsi, eyni zamanda Türk dünyasını parçalamaq məqsədi daşıyırdı. İndi isə tarixi Azərbaycan torpağı olan Zəngəzur Türk dünyasını birləşdirən bir körpü olacaq.
Bu yol bir əsrdən artıq bir-birindən ayrı qalan ərazilərimizi bir-birinə bağlamaqla yanaşı, həm də Avropa və Asiya arasında əsas tranzit xəttin yaranmasını təmin edəcək. Bu tranzit xəttinin Azərbaycandan keçməsi ölkəmizin həm region, həm də dünya səviyyəsində geopolitik mövqeyinə çox ciddi bir töhfə olacaq.
Zəngəzur dəhlizi icra edildikdən sonra Çindən yola çıxan yükün qısa bir müddət ərzində ölkəmiz vasitəsilə Avropaya çatdırılması təmin ediləcək. Ulu öndər Heydər Əliyevin reallaşdırmaq istədiyi və inşasına başlanılan Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolunun tikintisi layihəsi tikintisi layihəsi o zamankı Ermənistan rəhbərliyinin etirazlarından sonra dayandırılmışdı. Bu gün isə ölkə başçısı cənab İlham Əliyev bu ideyanı da həyata keçirərək Ulu öndərin uzun illər əvvəl hazırlamış olduğu strategiyanı çox böyük uğurla davam etdirir".

A.Əliyev vurğulayıb ki, artıq Ermənistan tərəfi Zəngəzur dəhlizinin icrasına heç bir ciddi maneə yarada bilməz, belə ki, tarixi həqiqət bizim yanımızda olmaqla yanaşı, hüquqi sənədlər də dəhlizin reallaşdırılmasına şərait yaradır: "Habelə, tranzit olaraq bu dəhlizin təmin edəcəyi logistik imkanlar həm də Ermənistanın xeyrinə olacaqdır. Ölkə başçısının da dediyi kimi, Zəngəzur dəhlizini Ermənistan istəsə də, istəməsə də icra edəcəyik.
Bu gün Ermənistan həm də başa düşür ki, müharibədən əvvəl onlara şans verildi ki, öz razılıqları ilə ərazidən çıxıb getsinlər, lakin buna əməl etmədilər, nəticəsini də gördülər. Bu səbəbdən də Ermənistan bir daha belə səhv edərək, üzərinə götürdüyü öhdəliyi icra etməsə, “Dəmir yumruğ”un hər zaman öz üzərinə düşən şərəfli və tarixi missiyanı yerinə yetirməyə hazır olduğunu bilir".
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 013
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 700
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter