• 13:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 09:14 – Azərbaycan Polisi 106 yaşında - VİDEO 
  • 11:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 09:16 – Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib 

Rüstəm Muradovu əvəz edəcək general kimdir? - DOSYE

  • 13.05.2021, 15:37,
  • Siyasət
  • Baxılıb: 45
Rüstəm Muradovu əvəz edəcək general kimdir? - DOSYE


Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb.

Bildirilib ki, Muradovun yerinə Cənub Hərbi Dairə Komandanının müavini, general-leytenant Aleksey Avdeyev təyin olunacaq.

“A. Avdeyev bu gün Xankəndinə gələcək və iki həftə ərzində təhvil-təslim işləri yekunlaşacaq”, - deyə qeyd edilib.

Avdeev 1967-ci ildə Daşkənddə anadan olub. O, motoatıcı qoşunlarının generalıdır. Rusiya Federasiyasının "Vətənə xidmətlərinə görə", 3-cü və 4-cü dərəcəli, “Jukov”, "Hərbi xidmətlərinə görə", "Dostluq", “Suvorov” medalı və digər mükafatlar ilə təltif edilib. Rüstəm Muradov eyni zamanda Cənubi Hərbi Dairə komandirinin müavinidir.

Qeyd etmək lazımdır ki, sülhməramlı hərbi qrupun komandirləri 6 aydan bir dəyişdirilməlidir. Tərəflərin etirazı yoxdursa, komandirin xidmətinin müddəti uzadıla bilər.

Görünən odur ki, Rüstəm Muradovun: “Ermənistan hakimiyyəti xalqını aldadır” - açıqlamasından sonra ölkənin hərbi-siyasi rəhbərliyi onun əvəzlənməsi üçün əlindən gələni edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 5 119
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 1 567
  • 26
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter