• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası yaradılıb - FOTO

  • 07.07.2021, 12:50,
  • Siyasət
  • Baxılıb: 91
Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası yaradılıb - FOTO


Bu gün Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) təqdimat mərasimi keçirilib.
“Report” xəbər verir ki, palata iki ölkə arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün yaradılıb.

Təqdimat mərasimində iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev, eləcə də Xarici İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə iştirak ediblər.

Tədbirdə palatanın məqsədləri ilə bağlı məlumat verilib. Bildirilib ki, Pakistan və Azərbaycanın investisiya üçün yaxşı və təhlükəsiz ölkələr kimi tanınması səviyyəsini artırmaq, iki ölkə arasında ticarəti və investisiya qoyuluşunu asanlaşdırmaq və genişləndirmək, mövcud iş mühitinin təhlil edilməsi və hər iki ölkədəki tənzimləmə bazası barədə müəssisələrin məlumatlandırılması PAKAZCHAM-ın əsas məqsədlərdəndir.

Bundan əlavə bərabərlik, tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan dövlətlərarası iqtisadi əlaqələrin və investisiyaların sistematik və davamlı genişləndirilməsinin dəstəklənilməsi və təşviq edilməsi, iki ölkə arasında işgüzar əlaqələrin möhkəmlənməsinə kömək edəcək yenilikçi düşüncə sahiblərinin təhsilinə və intellektual inkişafına dəstək verilməsi, ortaq iş maraqlarının inkişaf etdirilməsi və onlara üzvlük təklif etmək üçün Pakistan və Azərbaycanın digər ticarət otaqları ilə sıx əməkdaşlıq edilməsi məqsədlərə daxildir.

Tədbirdə həmçinin qeyd olunub ki, iki ölkə arasındakı illik ikitərəfli ticarət real potensialdan aşağıdır. Palatanın iki ölkənin iş cəmiyyətlərinin təmsilçiliyi ilə ikitərəfli ticarəti və investisiyaları stimullaşdırmaq üçün tramplin rolunu oynaması gözlənilir. Palata iki ölkənin sahibkarlıq subyektlərinin səmərəli iqtisadi əlaqələr qurması üçün çox ehtiyac duyulan daimi bir platforma təmin edəcək.

Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası yaradılıb - FOTO
Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası yaradılıb - FOTO
Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası yaradılıb - FOTO
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 32 dərəcə isti olacaq

  • Bu gün, 14:22
  • 4
  • 0

Bakıda yeni körpü tikilir

  • Bu gün, 11:37
  • 7
  • 0

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 6
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter