• 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 
  • 11:03 – Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir 
  • 10:40 – Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil 

Mehriban Əliyevanın tapşırığı ilə Elçibəyin evi təmir edildi — FOTO

  • 31.10.2019, 12:51,
  • Siyasət
  • Baxılıb: 153
Mehriban Əliyevanın tapşırığı ilə Elçibəyin evi təmir edildi — FOTO

Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin evi təmir edilib.
Azvision.az xəbər verir ki, Elçibəyin oğlu Ərturqut Əliyev Birinci Vitse-Prezident Mehriban Əliyevaya təşəkkür edib: "Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevaya təşəkkürümüzü bildirirəm. Bizim yaşadığımız evin təmiri ilə bağlı müraciət öz həllini tapdı və yaxın günlərdə təmir olunan evimizə yerləşəcəyik".

Mehriban Əliyevanın tapşırığı ilə Elçibəyin evi təmir edildi — FOTO

Qeyd edək ki, Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfatından bir qədər əvvəl Birinci Vitse-Prezident Mehriban Əliyevaya Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən evlərinin təmiri ilə bağlı müraciət ünvanlayıb. Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən evdə yenidənqurma və təmir işləri həyata keçirib. İki mərtəbə və mansardan ibarət yaşayış evində həmçinin kanalizasiya, işıq və su sistemi tamamilə yenilənib. Yaşayış evinin yerləşdiyi həyətyanı sahə abadlaşdırılıb.

Heydər Əliyev Fondu yayılan məlumatı təsdiqləyərək artıq təmir işlərinin başa çatdığını qeyd edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Xırdalandakı güclü yanğın olub

  • 18-07-2026, 10:23
  • 9
  • 0

Moskvaya dron hücumu - 26 yaralı

  • 18-07-2026, 09:47
  • 6
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter